Azəricə (Azərbaycan dili)Russian (Русский)English (United Kingdom)

EPOCON

BETONDA YÜKSƏK KEYFİYYƏT,MÜKƏMMƏL MÖHKƏMLİK VƏ  ESTETİK GÖRÜNTÜ

BETON

+Sement

+Su

+doldurucu  

+qatqı(mineral və kimyəvi)

Materialların qarışmasından alınmış bircinsli süni daş tikinti materialıdır.

Tikinti sahəsində betonun möhkəmliyinə mənfi təsir edə biləcək amillər:

Betonun qəlibə yerləşdirmə vaxtının gecikdirilməsi

Su/sement nisbətinin müdaxilə yolu ilə  dəyişdirilməsi (əgər 7 m3-luq qarışdırıcıya  400 lt su əlavə edilərsə betonun müqaviməti təxminən  yarıya qədər azalar)

Norma ilə müəyyən olunmuş axarlılıqdan daha çox axarlılıq olduqda

İsti və soyuq hava şəraitlərində qoruyucu tədbirlərin görülməməsi

Betonun  sıxlaşdırılmasının düzgün edilməməsi və ona qulluq  edilməməsi,betonun düzgün şəraitdə saxlanılmaması

DAVAMLILIQ

 Tikinti materiallarının və binaların uzun illər ətraf mühitin təsiri altında aşınmaya uğramadan öz keyfiyyətini qoruya bilməsi dayanıqlılıq,dözümlülük və ya davamlılıq adlanır.

Dəmir beton konstruksiyaları adətən 100 ildən artıq  bir müddətdə davam gətirə biləcək şəkildə layihələndirilir.

2.  Beton istehsalı və növləri

Betonun sıxılmaya qarşı davamlılığı

Betonun əsas istifadə edildiyi tikintilər əyilmə,sıxılma,dartılma və parçalanma yaradacaq qüvvələrin təsiri altındadır.Sıxıcı ox qüvvəsinin təsiri altındakı betonun qırılmaya qarşı göstərdiyi müqavimətə betonun sıxılmaya qarşı davamlılığı deyilir.Beton uyğunluğu betonun sıxılmaya qarşı davamlılığı ilə ölçülür.

Betonun möhkəmlik təsnifatı

Betonun sıxılmada möhkəmlik sinfi və markası arasında nisbət

Betonun möhkəmlik üzrə sinifi

Orta möhkəmlik göstəricisi () kg/sm2

Möhkəmlik üzrə yaxın olan marka

B3.5

B5

B7.5

B10

B12.5

B15

B20

B22.5

B25

B26.5

B30

B35

B40

B45

B50

B55

B60

B65

B70

B75

B80

45.8

65.5

98.2

131.0

163.7

196.5

261.9

294.5

327.4

359.9

392.9

458.4

523.9

589.4

654.8

720.3

785.8

851.5

917.0

932.5

1018.0

M50

M75

M100

M150

M150

M200

M250

M300

M350

M350

M400

M450

M550

M600

M700

M700

M800

M900

M900

M1000

M1000

Xüsusi beton növləri

Tələbatdan   asılı olaraq müxtəlif xüsusi növ betonlar hazırlamaq olar.

Məsələn:

Reaktiv toz beton

Maye halında tökülən fibrobeton

Lifli beton

Yüngül beton

Öz-özünə yerləşən və bərkiyən beton

Yüksək keyfiyyətli beton

Silindirlə sıxışdırılan beton

Sualtı beton

Dekorativ beton

Rəngli beton

Beton dizaynı hazırlanarkən yüksək dayanıqlı beton əldə etmək üçün ətraf mühitin təsirləri nəzərə alınmalıdır.

Betonda dayanıqlığı təmin etmək üçün konstruksiyaların istismar dövründə təmasda olduğu mühit öyrənilərək betonun inşaat normasına əsasən növü müəyyənləşdirilir(TS 13515).İlk növbədə betonda istifadə olunacaq sementin növü(markası və tətbiq sahəsi) müəyyən edilməlidir.

TS 802 normativinə  əsasən betonda istifadə olunan doldurucuların qranometrik tərkibi və ölçüsü müəyyən edilərək betonun tərkibi seçilir.Bundan sonra müəyyən olunmuş  tərkibdə komponentlər dozalaşdırılaraq betonqarışdırıcı avadanlıqlarda qarışdırılır,hazır beton alındıqdan sonra xüsusi betonqarışdıran maşınlarla tikinti obyektinə çatdırılaraq qəlibə yerləşdirilir.Yeni tökülmüş betonun normal bərkiməsini təmin etmək üçün onu birbaşa düşən günəş şüalarından,istidən,soyuqdan və küləkdən qorunma tədbirlərini həyata keçirmək lazımdır.Betonun daxili nəmliyini təmin etmək üçün vaxtaşırı sulamaq və üzərini(28 günlük möhkəmliyini alana qədər ) bez parçası ilə (özündə nəmlik saxlaya bilən) örtmək lazımdır.

Yeni tökülmüş beton mövcud vəziyyətə  uyğun olaraq qorunur.Aşağıda göstərilən xarici təsirlər beton və beton  elementlərinin (dəmirlərin və s.)zamanla korlanmasına gətirib çıxarır.

Sulfat təsiri

Qələvi təsiri

Donma - ərimə

Korroziya

Karbonatlaşma

Bəzi turşu və duz təsirləri də buna səbəb ola bilər.

3.Beton qatqıları

Təzə hazırlanmış tərkibin və bərkimiş betonun bir və ya bir neçə xarakteristikalarını yaxşılaşdırmaq baxımından müxtəlif  təyinatlı beton qatqılarının istifadə edilməsi vacibdir.

Beton qatqıları təzə hazırlanan betona qarışığın islanmış vəziyyətdə olduğu halda müəyyən olunmuş miqdarda su ilə birlikdə verilərək bircinsli beton alınana qədər qarışdırılır.

Qatqılar bağlayıcının miqdarından asılı olaraq çox az miqdarda faizlə hesablanaraq istifadə olunan kimyəvi və qeyri-kimyəvi maddələrdir.

Əlavələr daxil edilməklə betonun aşağıda göstərilən xassələri daha da yaxşılaşdırılır:qəlibə rahat yerləşdirilmənin yaxşılaşması,başlanğıc möhkəmliyin artması,istilik ayrılmasının yavaşıması və ya azalması,su ayırmanın azalması,çox məsaməli beton alınması.Beton qarışımının axmasının və pompa ilə vurulmasının yaxşılaşdırılması,dəmir karkasla  yapışma qabiliyyətinin yüksəldilməsi və s.

Kimyəvi qatqıların istifadəsi

Beton üçün istifadə olunan kimyəvi qatqıların ümumi miqdarı betonda istifadə olunan sement miqdarının (çəki üzrə) 5 %-dən artıq olmamalıdır.Buna baxmayaraq betonun möhkəmlik  və davamlılığının  artırılmasının  təmin edildiyi sübut olunduğundan  bu nisbət 6%-ə qədər əlavə oluna bilər.Yüksək möhkəmlilikli beton üçün sement miqdarı (çəki üzrə) 7%-dən artıq olmamalıdır.Müxtəlif möhkəmlilikli beton qruplarında birdən çox qatqı istifadə olunduqda ümumi qatqı miqdarı sement miqdarının kütləcə 8%-dən çox olmamalıdır.(TS 13515)

QATQI  MADDƏLƏRİNİN İSTİFADƏSİ İLƏ SƏRTLƏŞMİŞ BETONDA ƏLDƏ EDİLƏN ÜSTÜNLÜKLƏR

Ilkin dövrlərdə hidrotasiya istiliyini azaltmaq və ya gecikdirmək

Ilkin dövrlərdə müqavimət almasını tezləşdirmək

Yüksək davamlılıq əldə etmək

Qələvi-aqreqa reaksiyasının  nəzarət altına alınması

Ətraf mühitin zərərli təsirinə qarşı müqavimətin artırılması

Su keçiriciliyi azaltmaq

Dəmir –beton bərkiməsini gücləndirmək

Betonun dayanıqlığı ilə yanaşı digər mexaniki xüsusiyyətlərinin təkmilləşdirilməsi

Dəmirlərin korroziyasının azaldılması ve aradan qaldırılması

İqtisadi səmərəliliyin təmin edilməsi

4. Beton  dizaynı və kimyəvi qatqılar

Beton qatqılarının növləri hansılardır (ASTM C 494 və TSE EN 934-2)

Super axışqanlaşdırıcı (yüksək miqdarda su azaldıcı )

Su tutucu qatqılar

 Hava sürükləyici  kimyəvi qatqılar

Bərkiməni tezləşdirən qatqılar

Sərtləşməni sürətləndirən qatqılar

Bərkiməni gecikdirici qatqılar

Su keçirməzliyi təmin edən qatqılar

Bərkiməni gecikdirici/su  azaldıcı/axışqanlaşdırcı  kimyəvi qatqı

Bərkiməni gecikdirici/yüksək miqdarda  su azaldıcı/ super axışqanlaşdırcı  kimyəvi qatqı

Bərkiməni sürətləndirən /su  azaldıcı/axışqanlaşdırcı  kimyəvi qatqı

Hiper axışqanlaşdırıcı yeni nəsil qatqılar.

Qatqı maddələrini istifadə etməklə əldə edilən üstünlüklər:

1-Su –sement nisbətini (su/sem) azaltmaqla betonun möhkəmliyinin artırılması  

2- Su-sement nisbətini azaltmaqla sement məsrəfini azaldaraq möhkəmliyi sabit saxlamaq

3- Az axışqanlı betonun plastikliyini  artırmaqla betona hərəkətlilik vermək

4-qatqı istifadə etməklə bircinsli sıx strukturalı möhkəm beton əldə etmək

5-betonun bərkiməsini gecikdirmək və tezləşdirmək ,

6-seqreqasiyanın qarşısını almaq,

7-pompalamanı asanlaşdırmaq axıcılığın müəyyən vaxta qədər sabit saxlanılması

və s.xüsusiyyətləri yaxşılaşdıra bilər .

Qatqının işləmə prinsipi

1.elektrostatik təsir

Qatqı molekulları sement hissəcikləri üzərinə yapışaraq onları eyni elektirik yükü ilə yükləyir.Bir-birini itələyən sement hissəcikləri mühitdə daha yaxşı dağılaraq  koaqulyasiyanın  (bir yerə yığılma ) qarşısı  alınır.

2.sterik təsir

Sement hissəcikləri onları örtən polimer zəncirlərinin daraq şəklindəki yan zəncirləri sayəsində bir –birindən uzaqda durur.Burada əhəmiyyətli olan polimer zəncirin uzunluğu ilə yan zəncirin uzunluğu arasındakı məsafədir.Sterik təsirin gücü elektrostatik təsirin gücündən fərqli olaraq məsamələrdə ionun tipi və sıxlığından az təsirə məruz qalır.(polikarboksilat əsaslı super axışqanlaşdırıcı qatqılar) 

Last Updated (Wednesday, 05 February 2014 06:46)