Azəricə (Azərbaycan dili)Russian (Русский)English (United Kingdom)

Faydalı məlumatlar

İSTİ HAVADA BETON TÖKÜLMƏSİ

Betonun saxlanma rejimi ilə bağlı cədvəl –möhkəmlik əlaqəsi

Həddindən artıq isti hava nədir?

Beton tökümü zamanında ardıcıl olaraq 3 gün havanın temperaturunun +30 ºC-dən

yüksək olduğunu nəzərdə tutan iqlim şəraitidir.Beton tökümü üçün ən əlverişsiz şərait yüksək temperaturda quru hava (yəni nisbi rütubətin 80%-dən az olması) şəraitidir.Beləliklə isti havada beton səthinin suyunun buxarlanması plastik deformasiyaya və fərqli əks təsirlərə səbəb olur.

Yeni bərkiyən beton çox həssasdır və diqqətlə qorunmalıdır.Tökülmə zamanı su qısa müddətdə toplanır və buxarlanır.Buxarlanan suyun betonun tərkibində  nəmliyi təmin etmək üçün qalan sudan çox olması səthdə gərilmələrə və nəticədə betonun çatlamasına səbəb olur.

Plastik sıxılma beton üzərində temperatur əlaqəsi (sxem) nisbi rütubətlilik % ,beton temperaturu C.Havanın temperaturu C,küləyin sürəti km/saat,buxarlanma dərəcəsi kq(m2/saat)

İSTİ HAVADA BETON TÖKÜLMƏSİ ÜÇÜN GÖRÜLMƏLİ OLAN TƏDBİRLƏR

1.     İsti havada beton tökərkən arzuolunmaz təsirlərin qarşısnı almaq üçün müəyyən növ kimyəvi beton qatqılarından istifadə etmək məqsədəuyğundur.Bu növ qatqıların istifadəsi qarışım suyu ehtiyacının azalması ,betonun işlənəbilmə vaxtının uzanması və kimyəvi qatqı istifadə olunmamış betona nisbətən daha yüksək dayanıqlılıq göstərməsi kimi üstünlükləri vardır.

Su azaldıcı və bərkiməni gecikdirici qatqılar isti hava şəraitində geniş istifadə olunur.Bu kimyəvi maddələr betona muxtəlif miqdarlarda qatılır.Digər kimyəvi qatqılarla birgə istifadə olunaraq isti hava şəraitində sərtləşmə müddətini artırır.Beləliklə daha çox qatqı miqdarının istifadəsinə imkan yaranır.Bu növ qatqıların istifadə edildiyi betonlar qatqı istifadə olunmayan betona görə daha çox dayanıqlılıq göstərir və daha az çökmə baş verir.

2.Yüksək istilik keçiriciliyi olan qəliblər xüsusilə sıx dəmir karkaslı yerlərdə istifadə edilməməlidir.

3.Beton tökülməsinə başlamamışdan əvvəl qəlib və dəmirlər mütləq isladılmalıdır.Əgər beton qəlibin üzərinə tökülürsə əvvəlcə beton suyunun qəlib  tərəfindən sorulmaması üçün  səth isladılmalıdır.

4.Beton mümkün olan ən qısa zamanda işçi qüvvəsi  tərəfindən lazımi vibrasiya  ilə yerləşdirilməli,mümkün qədər gecə beton tökümünə üstünlük verilməlidir. 

5.Beton hazırlandıqdan sonra  maksimum 120 dəqiqə ərzində qəlibə yerləşdirilməlidir.Lazım olduqda gecikdirici qatqı istifadə edilərək bu müddət uzadıla bilər.İnşaat ərazisində 1m3 betona əlavə ediləcək 10 lt su beton muqavimətinin təxminən 25kg/sm2 miqdarında  azalmasına səbəb  olacaqdır.

6.Beton yerləşdirildikdən sonra səth hamarlanmalı,səth parlaqlığı pozulub üzərində gəzmək mümkün olduqda (ayaq izləri bir neçə mm olduqda) səth taxta mala ilə hamarlanmalıdır.

7.Beton səthi təhlükəsiz vəziyyətə gəldikdə (hamarlandıqdan 20 dəq sonra) üzərini su saxlayan bez parçası ilə örtdükdən sonra mümkün olan hər yerə su çilənməli,beton nəm saxlanılmaqla qorunmalıdır və bu tədbirin görülməsi xüsusilə ilk 24 saatda olduqca vacibdir.Bütün beton səthlər nəm saxlanılmalı və bu iş davamlı ardıcıl həyata keçirilməlidir.

Beton böyük səy göstərməklə istehsal olunan tikinti materialıdır.Xüsusilə isti havalarda həyata keçirilən qoruyucu tədbirlər betonun uzunömürlülüyünün xeyli artırılmasını təmin edir.

8.Qəliblənməmiş səthlərdə isti hava və küləyin təsiri ilə quruma əlamətləri görülmədən betonun öz suyunun buxarlaşmasının qarşısını almaq üçün su keçirməz kağız,plastik örtük və ya qoruyucu birləşmələr  tətbiq edilməlidir.

Betonun səthinə çəkilən polietilen örtük həm şaquli həm də üfuqi səthlərdə də tətbiq edilə bilər.Girinti-çıxıntılara uyğun yapışdırılarsa hava keçirməzlik yaradılar,lakin hamar səthlərdə ləkə qoya bilər.

9.Beton qurumağa qoyulmadan ən azı gündə 3 dəfə isladılmalı,üzərinə qoyulacaq kisə ,həsir,qum parçası və ya tor kimi örtüklər suyla doymuş hala gətirilməlidir.Beton səthinə çilənən suyun temperaturu betonun temperaturundan  aşağı olmalıdır ki, temperatur fərqindən səthdə yaranan gərilmələr baş verməsin və betonda çatlamalar olmasın.

10.İsti havada beton tez bərkiyər.Betonda ara fasiləsi çox olduqda yeni tökülmüş betona tətbiq edilən vibrasiya bərkimə mərhələsində olan betonun çatlamağına səbəb ola bilər.Yaxın ərazilərdə maşınların intensiv hərəkəti və zəlzələ də oxşar şəkildə betonu çatlada bilər.İsti hava şəraitinin yeni tökülmüş və sərtləşmiş betonun bir çox xüsusiyyətlərinə mənfi təsir göstərdiyini yadda saxlamaq lazımdır.

11.Betona  uçucu kül,tuf və vulkan külü kimi aktiv əlavə maddələr tətbiq edilə bilər.Bununla da bu mineral əlavələr betonun bərkiməsini gecikdirir,erkən dövrdəki gərilməsini zəiflədir.

12.Aşağı hidrotasiya istiliyi ayıran sementlər istifadə olunmalıdır ki,betonun daxilində istiliyin sürətlə  artması baş verməsin.Bu halda daha az istilik artması baş verir və daha az termal çatlar əmələ gəlir.

13.Beton qarışım suyunun bir hissəsinin yerinə buz istifadə edilməsi beton istiliyini azaltmaq istiqamətində  istifadə olunan yaxşı  üsullardan biridir.         


13.SOYUQ HAVADA BETON TÖKMƏK

Soyuq hava nədən önəmlidir?

Beton tökülməsi zamanı  ardıcıl olaraq 3 gün havanın temperaturunun +5C-dən aşağı düşdüyü şəraitdir.Soyuq havada beton tökümü və beton yerləşdirmə zamanı müəyyən tədbirlər görmək lazımdır.Bundan başqa təkcə soyuq havada deyil,həmçinin kəskin temperatur  dəyişikliklərində də müəyyən tədbirlər görülməsi tələb edilir.

Nə üçün soyuq hava vacibdir?

Beton plastik formada olduqda və temperatur +5C-dən aşağı düşdükdə donma təhlükəsi ilə üzləşir.Əgər beton donarsa  betonun möhkəmliyi  50%-ə qədər azala bilər,bu da betonun dayanıqlılığına mənfi təsir göstərir.Betonun muqavimətinin ən azı 4 MP çatana qədər onu donmanın təsirindən qorumaq lazımdır.Bu davamlılıq betonun temperaturu 10 C olduqda və beton tökmə işindən üç gün sonra əldə edilir.Soyuq havada su və ya donma-əriməyə məruz qalan betona hava verilməlidir.Bunun üçün  uyğun qatqı tətbiq edilir.Xüsusilə soyuq havalarda betonun xarici temperaturu ilə daxili temperaturu arasında kəskin fərq yaranır.Bu istilik fərqi betonun gərilməsinə və nəticə etibari ilə çatlamasına səbəb olur.Bu temperatur fərqi 20 C-dən cox olmamalıdır.Betona tətbiq edilən qoruyucu vasitələr isə tədricən çıxarılmalıdır.Bu üsulla istilik fərqi daha gec dəyişəcək.

 

 

SOYUQ HAVADA BETON TÖKÜLMƏSİ.                   

SOYUQ HAVADA BETON TÖKÜMÜNDƏ GÖRÜLƏCƏK TƏDBİRLƏR

1)Betonun soyuq havada donma və əriməyə məruz qalacağı gözlənilərsə hava sürükləyici kimyəvi qatqılardan istifadə olunmalıdır.

2)Beton səthi qar,buz və soyuqdan qorunmalıdır.Bundan əlavə beton temperaturu və qəliblərin temperaturu donma temperaturundan yüksək olmalıdır.Bunun uçün  əvvəlcədən səthin isidilməsi kimi bir sıra tədbirlər görülməlidir.

3)Beton tövsiyyə edilən temperaturda yerləşdirilməlidir.Beton nümunələri  soyuqdan qorunmalıdır.Nümunələr ilk 24 saat temperatur 18 Cilə 23 C arasında olacaq şəkildə hazırlanmış qutularda qorunur.Qutularda  aşağı və  yuxarı temperaturu qeyd edən termometr olması məsləhətdir.

4)Beton praktiki olaraq işlənə biləcək aşağı axışqanlıq sinfinə uyğun olmalıdır.Bu halda betonun bərkimə müddəti nisbətən tezləşir.Su əlavə edilməsi sərtləşməni gecikdirir və beton tərləməyə davam edir.Tərləmənin davam etməsi bitirmə işlərini gecikdirir.Erkən edilən bitirmə işlərində beton səthi zəif qala bilər.

5)Qəlibə yeni qoyulmuş beton möhkəmlik  əldə edilənə qədər donma və əriməyə qarşı qorunmalıdır.Betonun plastik halda ikən quruması çatlamalara səbəb olur.Çünki betondakı su donma zamanı həcmcə artar və betonda gərilməyə səbəb olar.

Soyuq havada ən yaxşı qoruma,beton səthini istilik və soyuqdan qoruyacaq vasitələrdən istifadə etməklə  mümkündür.

6)Betonu yerləşdirərkən və ya yerləşdirdikdən sonra erkən vaxtda donmadan qorumaq üçün sementin hidrotasiyası zamanı ayrılan istiliyinin ətraf mühitə yayılıb itkiyə getməməsi üçün qoruyucu tədbirlər görmək lazımdır.Əsasən izolyasiya edici örtüklərdən istifadə olunur.Künc və kənar  nöqtələr istilik itirməyə görə ən həssas yerlərdir və bu hissələrə daha çox diqqət edilməlidir.

7)Qalın beton layında və çox soyuq havada plastik ,izolyasiya edici örtüklər istifadə edilməlidir.Bu vasitələr mühit şəraitinə uyğun olaraq 1÷7 gün müddətində beton səthində qalmalıdır.

8)Yerində betonun sıxılmaya qarşı möhkəmliyini  ölçərkən konstruksiyanı zədələmədən müayinə materiallarından istifadə etmək lazımdır.

9)Qoruyucu vasitələr götürülərkən ani hava dəyişiminin olmamasına diqqət edilməlidir.

Last Updated (Wednesday, 05 February 2014 07:07)