Azəricə (Azərbaycan dili)Russian (Русский)English (United Kingdom)

EPOTEC A-250

TEXNİKİ MƏLUMAT FORMU

EPOTEC A-250 Suvaq, təmir və gücləndirmə

Məhsulhaqqında

EPOTEC A-250 sement və toz polimer əsaslı dolğu qarışımıdır.

İstifadəsahələri

  • İç və çöl cəbhələrdə səth dolğu su və təmir qarışımı kimi istifadə olunur.
  • Sement əsaslı suvaq.
  • Brüt beton.

Xüsusiyyətləri

  Asan, tez hazırlanır və tətbiq olunur.

  Yüksək aderans və dayanıqlıq.

  Xüsusi dolğu tərkibi ilə son qat üzlüyün rütubət, mamırlaşma, tozlanmavə s. problemləri aradan qaldırır.

  Xüsusi qatqı materialları ilə suyu tutaraq səthin tez qurumasının və kapilyar çatların əmələ gəlməsinin qarşısın alır.

  Hamar və sərt səthlər yaradaraq, son qat üzlüyün görünüşünə və dayanaqlığına müsbət təsir göstərir.

Tətbiq xüsusiyyətləri

  Qarışımın dincəmə müddəti: 10 dəqiqə.

  Hazır qarışımın istifadə müddəti: Max. 4 saat.

  İlkin quruma müddəti: 4 saat.

  Tam quruma müddəti: 24 saat.

  Tətbiq qalınlığı: 1-10 mm.

  Tətbiq oluna biləck qat qalınlığı: Max. 5 mm.

  Qatlar arasında gozləmə müddəti: 2-3 saat.

Tətbiq şərtləri

  Tətbiq olunacaq səthin temperaturu: +50C +300C

  Yüksək külək və ya günəş altında istifadə olunmamlıdır.

  Donmuş, əriməkdə olan və ya 24 saat içində donma təhlükəsi olan səthlərə tətbiq olunmamalıdır.

Səthinhazırlanması

  Səth təmiz, möhkəm və nəmli olmalıdır.

  1 sm-dən dərin çatlar və qüsurlar EPOCEMENT və ya EPOCEMENT SXD 40 ilə təmir olunmalıdır.

  Tətbiq olunmazdan əvvəl səth mütləq nəmləndirilməli, yüksək temperaturlu və küləkli havalarda suya doyurulmalıdır.

  Brüt beton kimi su əmiciliyi yüksək sathlərdə, EPOTEC A-250 istifadəsindən ən az 12 saat əvvəl EPOLATEX su ilə incəltilərək astarlanmalıdır.

  EPOTEC A-250 istifadəsinə keçməzdən öncə EPOLATEX-in tamamilə quruduğuna əmin olunmalıdır.

  EPOLATEX istifadəsindən sonra ən gec 3-7 gün ərzində mütləq EPOTEC A-250 tətbiqinə keçilməlidir.

Tətbiq

  20 kg-lıq EPOTEC A-250-yə ortalama 5,2 lt təmiz su əlavə olunmalıdır.

  EPOTEC A-250 mala və ya aşağı dövrlü əl mikseri köməyi ilə homogen bir qarışıma gələnə kimi qarışdırılmalıdır. Qaışım istifadədən öncə 10 dəqiqə dicəldilməlidir.

  EPOTEC A-250 dəmir mala vasitəsi ilə bütün səthə eyni qalınlıqda tətbiq olunmalıdır.

  Tək qatda 5 mm olmaq şərti ilə, 10 mm-ə qədər tətbiq oluna bilər.

  Tətbiqdən sonra səth 2-3 gün nəmləndirilməlidir.

Xəbərdarlıqvətəkliflər

  EPOTEC A-250 su ilə qarışdırıldıqdan sonra dincəlmə müddətinə mütləq əməl olunmalı və istifadə öncəso qarışım yaxşı qarışdırılmalıdır.

  Hazırlanan qarışımın içinə heçbir xarici material (əhəng, sement, gips və s.) əlavə olunmamalıdır.

  Tətbiqdən dərhal sonra materialın sərtləşməsinə imkan vermədən dəmir mala və ya şpatel vasitəsilə səth düzəltilməlidir.

  Tətbiqdən sonra səth 2-3 gün nəmləndirilməlidir.

Tətbiqməhdudiyyəti

  Boya, hazır rəngli suvaq, səpmə suvaq və ya fasad üzlüyü tətbiq olunmuş səthlərdə istifadə etməyin.

Sərfiyyat

            EPOTEC A-250: 1,4-1,6 kg/m2. (1 mm qalınlıq üçün)

Qablaşdırma

20 kg-lık torba (Paletdə 64 ədəd, 1280 kg)

Rəng Bəyaz və boz.

Saxlama şərtləri

Açılmamış orjinal bağlamada, sərin və quru şəraitdə saxlanılmalıdır.

Saxlama müddəti

Açılmamışqablardaqurumühitdə12ay.

Xəbərdarlıq

  • İstifadə zamanı xüsusi paltar, qoruyucu əlcək, eynək və maskadan istifadə edin, dəriyə və gözə təmas etdirməyin. Daha ətraflı məlumat üçün Təhlükəsizlik Məlumat Formasına müraciət edin.
  • Göstərilən sərfiyyat miqdarı ümumi bir məlumatdır. Tətbiqi şərtləri və səth xüsusiyyətlərinə bağlı olaraq dəyişənlik göstərə bilər.

Cavabdehlik

Epo Kimya sadəcə məhsulun keyfiyyətinə cavabdehdir, məhsulun harada və nəcə istifadə ediləcəyiilə əlaqəli yazılı təkliflər xaricindəki və ya xətalı istifadələrdən şirkətimiz cavabdehlik daşımır.

Last Updated (Thursday, 30 July 2015 07:10)