Azəricə (Azərbaycan dili)Russian (Русский)English (United Kingdom)

EPOCON MR 212 S

 

Orta axışqanlaşdırıcı  beton qatqısı.

Məhsul haqqında

İsti havalarda istifadə oluna bilən orta axışqanlaşdırıcı beton qatqısıdır.

Xüsusiyyətləri

Beton istehsalında istifadə olunan bağlayıcı xüsusiyyətindən asılı olaraq betonun ilkin və son müqavimətini artırır.

Betonun bərkimə müddətini uzadır.

Betonda axışqanlıq yaradaraq daha rahat yerləşməsini təmin edir.

Su miqdarını xeyli miqdarda azaldır.

Betonun su keçirimsizliyini artırır,betondakı axarlılığın uzun müddət sabit qalmasına  kömək edir.

Tərkibində aşınmaya səbəb ola biləcək  maddələr yoxdur.

Istifadə sahələri

Pompalı və pompasız  hazır beton istehsalında

Örtüklərdə,bünövrə və tikinti meydançalarında

Isti havalarda daşıma məsafəsi uzaq olan və uzunmüddətli beton tökmələrində

Dəmir karkaslı və karkassız ,yüngül və ya normal ağırlıqlı hər növ beton istehsalında işlədilə bilər.

Istifadə qaydası

Qarışım suyunun %25(son qarışım suyuna) qatılaraq betona və qarışıma əlavə edilir .Betonda homogen (bircinsli)görüntü əldə  edilənə qədər yüksək sürətdə 3 dəqiqə müddətində qarışdırılır.

Texniki göstəriciləri

Kimyəvi  tərkibi: Modifikasiyalı lignin sulfonat əsaslı

Forma: Maye

Rəng: Tünd qəhvəyi

Ph: 6.0±1.5

Sıxlıq%: 1.14±0.03kg/l(20⁰C)

Xlor%: <0.1

Qələvi: <3

Sərfiyyat: Bağlayıcı ağırlığının (sement miqdarının) %0.6-1.0  miqdarında (iqlim şərtlərinə və betonu formalaşdıran xüsusiyyətlərindən asılı olaraq )betona qatılır.

Qablaşdırma: Plastik bidon (35 kg),çəllək(250 kg),çən

Saxlanma müddəti: Bağlı yerdə açılmamış orjinal qablaşdırmada 12 ay saxlana bilər. 

Last Updated (Thursday, 30 January 2014 10:50)