Epo Krist

Epo Krist

MƏHSUL HAQQINDA

Sement əsaslı, çatlarda tıxac əmələ gətirə bilən, yeni və köhnə tikilmiş divarlarda səth sularına qarşı beton üzərində istifadə olunan və kristallaşan hidroizolyasiya suvağıdır.

İSTİFADƏ SAHƏLƏRİ

 daxili və xarici məkanlarda, şaquli və üfüqi istiqamətlərdə;

 su anbarlarında;

 tunellərdə;

 lift şaxtalarında;

 daş divarlarda;

 zirzəmilərin divarlarında;

 bərələrdə və limanlarda istifadə olunur.

ÜSTÜNLÜKLƏRİ

 asanlıqla hazırlanır və istifadə olunur;

 fırça ilə çəkilir;

 bir komponentlidir su ilə qarışır

 EpoKrist tərkibindəki uzunmüddətli kristallar vasitəsilə çatları doldurur və suyun keçməsinin qarşısını alır;

 beton və səthləri suyun korroziya təsirlərindən qoruyur;

 su təzyiqinə davamlıdır;

 su buxarını keçirmir, donma və əriməyə davamlıdır;

 içməli su anbarlarında etibarlı şəkildə istifadə oluna bilər.

İSTİFADƏ QAYDALARI

Səthin hazırlanması. Su ilə daim təmasda olan sement əsaslı səthlərin sağlam, tozsuz, təmiz, eyni zamanda ölçülərin düz olmasına diqqət yetirməli, səth su ilə yuyularaq yapışma müqavimətini zəiflədən bütün növ yağ, pas, parafin qalıqlarından təmizlənməli və yapışma müqavimətini artırmaq üçün xırda dəliklər (çapılmalıdır) açılmalıdır.

Səthdəki xırda dəmir və taxta parçaları çıxarılmalı və əgər boşluqlar olarsa, onlar Epocement S40 təmir qarışığı və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli təmir qarışığı ilə doldurulmalıdır. Səth bir gün əvvəlcədən su ilə yaxşıca isladılmalı və qurumadan istifadə olunmalıdır.

Qarışığın hazırlanması. Təmiz bir qaba əvvəlcə EpoKrist tozu tökün və üzərinə yavaş-yavaş su əlavə edərək 400-600 dövr/dəqiqə sürətində olan bir qarışdırıcı ilə 3-5 dəqiqə eynicinsli məhlul əldə edilənədək qarışdırın. Təxminən 3-5 dəqiqə saxlayın və təkrarən 30 saniyə qarışdırdıqdan sonra istifadəyə hazır vəziyyətə gətirin. 20 dəqiqə ərzində istifadə olunacaq miqdarda məhlul hazırlayın.

Tətbiqi. Hazırlanmış EpoKrist məhlulunu fırça ilə əvvəlcədən su ilə isladılmış səthə çəkin. Birinci qat suyunu itirmədən və kristallaşma başlamadan, kifayət qədər sərtləşdiyi halda ikinci qatı çəkin. 1 qat tətbiq olunduqdan sonra məhsulun rəngi solursa və sürətlə quruma gözlənirsə sadəcə 1-ci qat üçün materialın qarışdırma suyu 10 % artırıla bilər.Bu proses temperaturdan asılı olaraq 3-5 saat çəkə bilər. Qatların çəkilməsi arasındakı fasilə 6 saatdan az olmalıdır.

Tövsiyələr. EpoKrist-in istifadəsindən sonra onun suyunu sürətlə çəkməsinin qarşısı alınmalıdır. Nəm saxlama xarakterli maddələr qətiyyən istifadə olunmamalıdır. 5-7 gün mütləq su çiləməklə səth nəm şəkidə saxlanılmalıdır. Su anbarlarında EpoKrist çəkildikdən 24 saat sonra anbar su ilə doldurularaq, kristallaşma müddəti və onun daha da dərin qatlara nifuz etmə dərəcəsi artırılır. +230C-də istifadə olunan EpoKrist bir gün sonra mexaniki olaraq dözümlülük qazanır, 7 gün sonra sukeçirməz hala gəlir və son nəticəyə 14 gündən sonra çatır.

SƏRFİYYAT

Birinci qatın sərfiyyatı: 1 kq/m² toz məhsul

İkinci qat qatın sərfiyyatı: 1 kq/m² toz məhsul

SAXLAMA MÜDDƏTİ VƏ QAYDASI

Açılmamış orijinal qablaşdırmada, sərin və quru şəraitdə 12 ay saxlanıla bilər. Uzun müddət saxlandığı halda isə taxta altlıqlar üst-üstə qoyulmamalıdır.

XƏBƏRDARLIQLAR

 istifadə olunacaq səthin temperaturu +50C-dən aşağı və ya +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmazsa istifadə etməyin;

 xarici səthlərdə istifadə olunduğu halda səthi ilk 24 saat günəşdən, yağışdan, küləkdən və donmadan qoruyun.

 hazırlanmış məhsulu 20 dəqiqə ərzində istifadə edin.

ZƏMANƏT VƏ TEXNİKİ DƏSTƏK

 texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;

 texniki dəstək və ya daha geniş məlumat almaq üçün “CMT GROUP” şirkətinə müraciət edin!




1

Peşəkarların məsləhətinə ehtiyacınız var?

Bizimlə telefon nömrəsi və ya e-poçt vasitəsi ilə əlaqə saxlaya bilərsiniz.
Bizə yazın