Haqqımızda

EPO KİMYA, 2007-ci ildə Azərbaycanda qurulmuş Azərbaycan və Türkiyə birgə şirkətidir.

Epo kimya olaraq 2007-ci ildən tikinti sektoruna empatiya qataraq dövrün tələblərinə uyğun məhsullar istehsal etməkdəyik. Fəaliyyətimizi iki istiqamətdə davam etdirərək bazar təlabatını qarşılayırıq. Sektorun mürəkkəbləşməsini nəzərə alaraq beton qatqıları ilə fəaliyyətə başladıq. Bu sahədə tələb olunan super və hiper beton qatqılarının çeşidlərini yaradıb həm ölkədə və həm də ölkə hüdudlarından kənarda innevativ nailiyyətlər əldə etdik.

Yaranmış bazar təlabatını nəzərə alaraq fəaliyyət sektoruna sement və gips əsaslı məhsulların istehsalını da əlavə etdik.Belə ki , EPO kimya keramika yapışdırıcıları, su izolyasiya, termo izolyasiya, özü yayılan məhsullar, müxtəlif tipli dekorativ suvaqlar istehsal etməkdədir.


Bütün istehsal prosesləri avtomatlaşdırılmış texnologiyalar əsasında həyata keçirilir. Fəaliyyətimizi və yeniliklərimizi ən son avadanlıqlarla təchiz olunmuş iki müxtəlif laboratoriyada sınaqdan keçiririk.

VİZYONUMUZ

İstehsal etdiyimiz məhsullar və göstərdiyimiz xidmətlərlə ölkəmizi və millətimizə laiqli komanda olmaq!


MİSSYAMIZ

Qazandığımız təcrübələri və etdiyimiz yenilikləri məhsullarımız vasitəsi ilə inşaat sektoruna ötürərək cəmiyyətdə inam qazanmaq !

Peşəkarların məsləhətinə ehtiyacınız var?

Bizimlə telefon nömrəsi və ya e-poçt vasitəsi ilə əlaqə saxlaya bilərsiniz.
Bizə yazın