
EPO Probet
EPO Probet
MƏHSUL HAQQINDA
ProBet sement əsaslı, birkomponentli, polimer və liflər ilə möhkəmləndirilmiş, mərmər dənəli, tiksotropik struktur təmir işləri üçün nəzərdə tutulmuş qarışıqdır. AZS 039 -2000 (TS 11140 -1993) “Yapışdırıcılar- sement əsaslı (hidravlik bağlayıcılı) kafel, keramika və döşəmə plitələri üçün” standartın tələblərinə uyğundur.
İSTİFADƏ SAHƏLƏRİ
dəmir-beton hissələrin təmirində;
betonların qəlib açıldıqdan sonrakı seqresiyalarının bərpasında;
dəniz tikililərinin təmirində;
yerin altında qalan sənət abidələrinin təmiri və qorunmasında;
yüksək dözümlü beton hissələrin səth pozuntularının təmiri və səthin hamarlanmasında;
aşınmayan betonlarda dözümlü və sağlam təbəqənin əldə olunmasında;
yüngül və orta ağırlıqda yüklər üçün nəzərdə tutulmuş döşəmələrdə və səthin təmirində istifadə olunur.
ÜSTÜNLÜKLƏRİ
yalnız su ilə qarışdırılır və asanlıqla istifadə olunur;
beton səthdə yüksək yapışqanlılıq yaradır;
yüksək təzyiqə dözümlüdür;
yüksək tiksotropik xüsusiyyətlərə malikdir;
su keçirmir;
donma və açılmaya qarşı davamlıdir;
həm üfiqi həm də şaquli səthlərdə tətbiqi mümkündür;
çatlar əmələ gətirmir.
İSTİFADƏ QAYDALARI
Səthin hazırlanması. ProBet məhsulunun tətbiq olunacağı səthlər təmiz, sağlam və tozsuz olmalı, səth yapışqanlığı zəiflədən yağlardan, parafinlərdən, paslardan və s. maddələrdən diqqətlə təmizlənməlidir. Armatur hissələrdə olan paslar təmizlənməlidir, zəruri hallarda yeni armaturlarla əvəz olunmalıdır, səthdə su axıntısı varsa, qurudulmalı və ya Hidrostop məhsulu və ya standartlara uyğun istehsal edilmiş bu tipli məhsul ilə axıntının qarşısı alınmalıdır. Məhsulun tətbiq olunacağı səth su ilə doyuzdurulmalı, lakin səthin üzərində su qalmamalıdır.
Qarışığın hazırlanması. Lazım olan su miqdarını qarışdırma qabına boşaldın. ProBet məhsulunu yavaş-yavaş əlavə edərək dəqiqədə 400-600 dövriyyəli qarışdırıcı avadanlıq vasitəsilə 4 dəqiqə ərzində qarışdırın. Təqribən 4 dəqiqə saxlayıb, yenidən 30 saniyə ərzində qarışdırın və məhsulu istifadəyə hazır vəziyyətə gətirin.
QARIŞIQ ÜÇÜN TƏLƏB OLUNAN VASİTƏLƏRİN MİQDARI
ProBet
1kq-lıq məhsul üzrə
25 kq-lıq kisə üzrə
Qarışdırılma üçün nəzərdə
tutulmuş su miqdarı
0,16 litr
4,0 litr
İstifadəyə hazır məhlulun sıxlığı
2,23 kq/litr
Tətbiqi. Hazırlanmış materialı mala və ya püskürtmə yolu ilə qalınlığı 10-40 mm olmaqla tətbiq edin. Daha qalın təbəqə əldə olunması üçün birinci təbəqənin qurumasını gözləyin və bundan sonra eyni şəkildə ikinci qatı tətbiq edin. Daha hamar səthin əldə olunması üçün material tərəfindən suyun çəkilməsi gözlənilməlidir, bundan sonra firça vasitəsilə səthə əlavə su səpərək taxta maladan istifadə etməklə səthi hamarlayın. Məhsul açıq sahələrdə, xüsusilə isti, quru və ya küləkli mühitdə istifadə olunarsa, 24-48 saat ərzində isladılmış parça, brezent və ya digər kür məhsulları ilə qorunaraq buxarlanmanın qarşısı alınmalıdır.
Tövsiyələr. Təmir üçün nəzərdə tutulmuş ProBet təmir qarışığı +200C temperaturda 30 dəqiqə ərzində istifadə olunmalıdır. Açıq şəraitdə iş aparılan zaman 24 saat ərzində səth günəşdən, küləkdən, yağışdan və ya donmadan qorunmalıdır. Sement əsaslı maddələrin istifadə və reaksiya müddətləri mühitin rütubətliliyindən və temperaturdan asılıdır. Aşağı temperatur zamanı hidratasiya müddəti ləngiyir və bu da quruma və fəaliyyət müddətini uzadır. Məhsulun bərkiməsi üçün mühit və səth temperaturu qeyd olunan minumum temperaturdan aşağı düşməməlidir. pH göstəricisi 5,5-dən aşağı olan məhlullardan istifadə olunmamalıdır. Geniş səthlərdə sonuncu beton qat şəklində istifadə olunmalıdır. Məhsul tətbiq olunduqdan sonra vibrator istifadə olunmamalıdır. İstifadə olunduqdan sonra alət su ilə təmizlənməlidir.
TEXNİKİ GÖSTƏRİCİLƏR
Rəngi
boz
İstifadə temperaturu
+50ºC+32Cº
Əyilmədə möhkəmlilik həddi:
· 28 gündən sonra
>7,0 N/mm2
Sıxılmada möhkəmlilik həddi:
· 1 gündən sonra
· 7 gündən sonra
· 28 gündən sonra
>20 N/mm2
>50 N/mm2
>60 N/mm2
Qopma müqaviməti:
· 28 gündən sonra
>2,0 N/mm2
Elastiklik modulu:
· 28 gündən sonra
>20, 0 N/mm2
Tətbiq ediləcək qalınlıq:
· minimum
· maksimum
10 mm
40 mm
İstifadə müddəti:
· +20 0C temperaturda
30 dəqiqə
İstifadəyə verilmə müddəti:
· +200C temperaturda
24 saatdan sonra
Qablaşdırma
2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 25 kq-lıq kisələrdə
SƏRFİYYAT
10 mm-lik qalınlıq üçün 19,4 kq/m2 məhsul sərf olunur.
SAXLAMA MÜDDƏTİ VƏ QAYDASI
Açılmamiş və orijinal qablarda sərin və quru yerdə 12 ay saxlanıla bilər. Qısa müddətli saxlama zamanı üç kisə bir-birinin üzərinə qoyula bilər. Uzun müddətli saxlama zamanı kisələr bir birinin üzərinə qoyula bilməz. Ağzı açılmış kisələrdəki məhsul müvafiq saxlama şərtlərində bir həftə ərzində istifadə edilməlidir. Çatların dərinliyi 4 sm-dən çox olduqda.
XƏBƏRDARLIQLAR
məhsuldan istifadə zamani işin və işçinin təhlükəsizliyi qaydalarina riayət olunmaqla, müvafiq iş paltarı, qoruyucu əlcək, eynək və maskadan istifadə edin;
məhsulun allergiya və qaşınma kimi təsirlərini nəzərə alaraq, komponentlərin dəriyə və gözə təmas etməməsinə diqqət edin, dəriyə və gözə təmas olarsa, dərhal çoxlu miqdarda su və sabunla yuyun;
əgər məhsulun udulması halı baş verərsə dərhal həkimə müraciət edin;
məhsulun istifadə edildiyi yerlərə ərzaq qoymayın;
uşaqların əli çatmayan yerlərdə saxlayın;
yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% +5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.
ZƏMANƏT VƏ TEXNİKİ DƏSTƏK
texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;“ CMT GROUP” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “CMT GROUP” şirkəti məsuliyyət daşımır;
şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
texniki dəstək və ya daha geniş məlumat almaq üçün “CMT GROUP” şirkətinə müraciət edin!

Peşəkarların məsləhətinə ehtiyacınız var?
