
Epocement Y40
Epocement Y40
MƏHSUL HAQQINDA
Eposement Y40 yapışdırıcısı sement əsaslı, modifikasiyalı polimerləşdirilmiş, istilik izolyasiya lövhələrinin yapışdırılmasında istifadə olunan məhsuldur. AZS 039 -2000 (TS 11140 -1993) “Yapışdırıcılar- sement əsaslı (hidravlik bağlayıcılı) kafel, keramika və döşəmə plitələri üçün” standartın tələblərinə uyğundur
İSTİFADƏ SAHƏLƏRi
Bu məhsuldan: montalama işlərində istilik izolyasiya lövhələrinin yapışdırılmasında istifadə olunur
ÜSTÜNLÜKLƏRİ
Yapı kimya mükəmməl yapışma qabiliyyətinə malikdir; rahat hazırlanır və tətbiq olunur; şaxtaya və istiliyə davamlıdır
İSTİFADƏ QAYDALAR
Səthin hazırlanması.
Məhsulun istifadə olunacağı səthlərin sağlam, quru, tozsuz, təmiz və eyni zamanda düz olmasına diqqət etməli, səth yapışma muqavimətini zəiflədən hər cür yağ, pas və parafin qalıqlarlndan tamamilə təmizlənməli və səthdə əlavə qırıntılar qalmamalıdır. Səthdə 5 və ya 20 mm dərinliyində çatlar olarsa, 2 gün öncədən Eposement S40 təmir qarışığı və ya standartlara uyğun istehsal edilmiş bu tipli məhsul ilə təmir edilməlidir. İstifadə olunacaq səthin temperaturu 250C-dən yuxarıdırsa, səth nəmləndirilməlidir. Qarışığın hazırlanması. 25 kq quru qarışığı yavaş-yavaş təmiz bir qaba 6,0-6,5 litr suyun üzərinə boşaldın və kürəciklər yox olana qədər 3-5 dəqiqə qarışdırın. Qarışığın özünü tutması üçün 3-5 dəqiqə gözləyin və yenidən 30 saniyə qarışdırdıqdan sonra məhsulu istifadəyə hazır vəziyyətə gətirin.
Tətbiqi. Eposement Y40 yapışdırıcısını istilik izolyasiya lövhələrinin kənarlarına xətt şəklində, orta hissəsinə isə dairə şəklində suvaq malası ilə çəkin. İstilik izolyasiya lövhələrini səthə yapışdırarkən istənilən səviyyə və bərabərlik yaranan kimi yerlərinə otuzdurun. Eposement Y40 yapışdırıcısı bərkidikdən sonra istilik izolyasiya lövhələrini uyğun səthə mexaniki olaraq dubellə (mismarla) Bərkidin İstilik izolyasiya lövhələri səthə yapışdırılan zaman lövhələrin səthindəki yapışdırıcının quruyaraq qabıqlaşmasına yol verilməməlidir.
Tövsiyələr. İstilik izolyasiya lövhələri Eposement Y40 yapışdırıcısı ilə divara yapışdırıldıqdan sonra mutləq səthə uyğun dubellə (mismarla) bərkidilməlidir. Yapışdırıcının istifadə olunacağı mühitin temperaturu +5C–dən aşağı və ya +30C–dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti, yağışlı və küləkli havalarda məhsuldan istifadə olunmamalıdır. Xarici məkanlarda istilik izolyasiya lövhələri ilə örtülmüş səth 24 saat günəş şualarından, küləkdən və yağışdan qorunmalıdır. İstifadə müddəti keçmiş qarışığa qətiyyən su və yeni məhsul əlavə olunmamalıdır
SƏRFİYYAT
Eposement Y40 yapışdırıcısının sərfiyyatı 3 mm qalınlıq üçün 4 kq/m2 -dir. 25 kq-lıq Eposement Y40 yapışdırıcısı ilə təxminən 6,0-6,5 m2 səthə istilik izolyasiya lövhələri yapışdırıla bilər.
SAXLANMA MÜDDƏTİ VƏ QAYDASI Açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində maksimium 10 ədəd olmaqla 12 ay müddətində saxlanıla bilər.
ZƏMANƏT VƏ TEXNİKİ DƏSTƏK
Texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır; “EPO YAPI KIMYA" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır; Şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “EPO YAPI KIMYA" şirkəti məsuliyyət daşımır; Şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır; Texniki dəstək və ya daha geniş məlumat almaq üçün “EPO YAPI KIMYA” şirkətinə müraciət edin!

Peşəkarların məsləhətinə ehtiyacınız var?
