EPOCON PC 300 Y/K

EPOCON PC 300 Y/K

Epocon PC 300 Y/K - modifikasiyalı polikarboksilat əsaslı, yüksək dərəcədə su azaldıcı xüsusiyyəti ilə aşağı su/sement nisbətini təmin edən, hiper axışqanlaşdırıcı, betonun erkən və son müqavimətini artıran, yeni nəsil beton qatqısıdır. EN 934-2 standardı cədvəl 3.1, 3.2, 11.1 və 11.2-ə uyğundur. AZS 221-2006

İstifadə sahələri:

Erkən və son müqaviməti yüksək tələb olunan betonlarda

Prefabrik və prekast betonlarda

Aşağı su/sement nisbəti, yüksək müqavimət və uzun işlənə bilmə müddəti istənən betonlarda

Yerləşdirmə çətinlikləri olan sıx təchizatlı betonlarda

Sıx, su keçirimsiz və düzgün səth istənilən betonlarda

Özü yerləşən betonlarda

Erkən qəlibdən çıxarılmaq istənən betonlarda.

Üstünlükləri:

Fərqli sement növlərinə uyğundur.

Betonun erkən və son müqavimətini artırır.

Betonun axıcılığını uzun müddət qoruyaraq işlənə bilinməsini artırır, vibrasiyasız rahat yerləşmə xüsusiyyəti qazandırır. Yüksək nisbətdə su azaltma xüsusiyyəti sayəsində sıx, keçirimsiz və yüksək müqavimətdə beton istehsalını təmin edir.

Aşağı su/sement nisbəti ilə ayrışma və qusma riski az olan, reoplastik beton əldə edilməsini təmin edir.

İşçiliyi azaldır, qənaətliliyi təmin edir.

Hamar səthlər əldə edilməsini təmin edir.

Betonun donma və istiliyə qarşı müqavimətini artırır.

Tərkibində xlor yoxdur, dəmir təchizatına zərər verməz 

Materialın tərkibi

Modifikasiyalı polikarboksilat əsaslı

Rəngi Açıq qəhvə,

tünd sarı Sıxlığı (ISO 758) 1,05 - 1,10 kq/litr

Xlor tərkibi % (EN 480-10) < 0,1

Alkali tərkibi % (EN 480-12) < 5,0

Yuxarıdakı göstəricilər +20°C-də və 50% nisbi rütubət üçün verilmişdir

Peşəkarların məsləhətinə ehtiyacınız var?

Bizimlə telefon nömrəsi və ya e-poçt vasitəsi ilə əlaqə saxlaya bilərsiniz.
Bizə yazın