Epofloor Primer SL

Epofloor Primer SL

Primer SL


MƏHSUL HAQQINDA

Sement əsaslı, kimyəvi qatqılarla zəngin, sıfır əyrilik səth yaranmasını təmin edən, birkomponentli döşəmə qarışığıdır. Öz-özünə yayılmaqla tarazlanır. TSEN 13813 -2004 standartına uyğundur.

İSTİFADƏ SAHƏLƏRİ

Bu məhsuldan: Ağac, laminat, parket, xalça, PVC, keramika kimi materialları istifadə etməzdən əvvəl düz səthin əldə edilməsində;

ÜSTÜNLÜKLƏRİ

Hazırlanması və istifadəsi asandır; Öz-özünə yayılmaqla məsaməsiz, düzgün səth əmələ gətirir.

İSTİFADƏ QAYDALARI

Səthin hazırlanması. Səthin möhkəm olmasına diqqət etməli, səth yapışmağa mane olan qalıqlardan təmizlənməlidir. Səthdə qırılmış və ovulmuş yerlər olarsa, S 40 təmir qarışığı ilə və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsulla təmir edilməlidir. Səthin suudma qabiliyyətini azaltmaq və müqavimətini artırmaq üçün səth mütləq BİNDER astarla astarlanmalıdır.

Qarışığın hazırlanması. 25 kq quru qarişığı yavaş-yavaş 6,0 litr suyun üzərinə boşaldıb kürəciklər və hava qabarcıqları yox olana qədər qarışdırın (qarışdırmaq üçün zəif dövriyyəli mikserdən də istifadə oluna bilər).

Tətbiqi. Hazırlanmış duru qarışığı səthə boşaldın. İstifadə zamanı qarışığın daxilində hava qabarcıqlarıının qalmaması və yayılma əməliyyatının asanlaşması üçün kirpi vərdənədən istifadə edin. Lazım gəldikdə yayılmanı sürətləndirmək məqsədilə polad maladan da istifadə etmək olar. Məhsulun tətbiq olunduğu səthi 24 saat ərzində küləkdən və birbaşa günəş şüalarının təsirindən qoruyun.

Tövsiyələr.Primer SL in istifadə olunduğu mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. İstifadədən sonra bütün alətlər və ləvazimatlar su ilə təmizlənməlidir.

SƏRFİYYAT

1 mm qalınlıq üçün 1 m2-ə 1,75 kq toz sərf oluna bilər.

SAXLANMA MÜDDƏTİ VƏ QAYDASI

Bir-birinin üstündə maksimum 10 ədəd olmaqla quru anbarlarda 6 ay saxlanıla bilər.

XƏBƏRDARLIQLAR

Primer SL-in sement əsaslı, mürəkkəb tərkibli qarışıq olduğunu nəzərə alaraq dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun; İstifadə qaydalarında qeyd edilməyən heç bir maddə qatmayın; Yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% +5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

ZƏMANƏT VƏ TEXNİKİ DƏSTƏK

Texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır; “EPO YAPI KIMYA" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır; şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “EPO YAPI KIMYA" şirkəti məsuliyyət daşımır; şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır; texniki dəstək və ya daha geniş məlumat almaq üçün “EPO YAPI KIMYA” şirkətinə müraciət edin!

Peşəkarların məsləhətinə ehtiyacınız var?

Bizimlə telefon nömrəsi və ya e-poçt vasitəsi ilə əlaqə saxlaya bilərsiniz.
Bizə yazın