
Epomix Econom
Epomix Econom
MƏHSUL HAQQINDA
Şaquli və üfüqi səthlərdə kafel və digər üzlük plitə yapışdırıcısı. Sement əsaslı, məhsulun istifadə imkanlarını artıran qatqılarla zəngin, yüksək keyfiyyətli, birkomponentli, boz rəngli kafel metlax yapışdırıcısıdır. AZS 039 -2000 (TS 11140 -1993)
“Yapışdırıcılar- sement əsaslı (hidravlik bağlayıcılı) kafel, döşəmə plitələri üçün” standartın tələblərinə uyğundur.
İSTİFADƏ SAHƏLƏRİ
Daxili və xarici məkanlarda; kiçik və orta ölçülü kafel və metlax yapışdırıcısı üzlük materialların beton, suvaq, döşəmə suvağı kimi səthlərin üzərinə yapışdırılmasında;
ÜSTÜNLÜKLƏRİ
Rahat hazırlanır və tətbiq olunur; şaquli səthlərdə sürüşmə ehtimalı yoxdur;
İSTİFADƏ QAYDALARI
Səthin hazırlanması. İstifadə olunacaq səthlərin sağlam, quru, təmiz və ölçülərin düzgün olmasına diqqət edilməli, səth yapışma müqavimətini zəiflədən hər növ yağ və parafin qalıqlarından tamamilə təmizlənməlidir. Səthdə 5-6 mm dərinliyində çatlar və ya boşluqlar olarsa, onlar bir gün əvvəl Epocement S 40 təmir qarışığı və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli təmir qarışığı ilə doldurulmalıdır. İstifadə etməmişdən əvvəl səth BİNDER astarla və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsulla astarlanmalıdır.
Qarışığın hazırlanması. 25 kq-lıq tozşəkilli qarışığı 6,0 – 6,5 litr suyun üzərinə ehmalca boşaldıb kürəciklər yox olana qədər qarışdırın. Qarışığın özünü tutması üçün 3-5 dəqiqə gözləyin, stifadəyə başlamazdan əvvəl yenidən qarışdırın.
Tətbiqi. Malanın düz tərəfi ilə qarışığı nazik qatla səthə yayın. Sonra plitələrin ölçüsünə uyğun olaraq səthə vurulmuş qarışığı malanın dişli-daraqlı tərəfi ilə daraqlayın. İri ölçülü plitələrin yapışdırılmasında kombinələşdirilmiş yapışdırma üsulundan (bu üsulla yapışdırıcı həm səthə çəkilir və daraqlanır, həm də üzlük plitənin arxasına yaxılaraq daraqlanmış səthə yapışdırılır) istifadə olunması tövsiyə olunur. Qarışığın daraglandıqdan sonra gözləmə müddətı 20 dəqiqədən çox olmamalıdır. Əgər səthin üzərinə çəkilmiş qarışıq üz bağlayarsa, onda onu sıyırıb atmalı və həmin səthin üzərinə yenidən qarışıq vuraraq onu daraqlı mala ilə daraqladıqdan sonra plitələr yapışdırılmalıdır. Hazırlanan qarışıq 3 saat ərzində işlədilməlidir. İstifadə müddəti keçmiş və ya qabıq bağlamış qarışığı istifadə etmək məsləhət görülmür. Aralıq doldurma işi divarda 36 saat, döşəmədə isə 48 saatdan sonra icra edilməlidir.
Tövsiyələr. Epomix Ekonom keramika yapışdırıcısı istifadə olunarkən mühitin temperaturu +5C-dən aşağı və +30C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+300C dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. Su hopması yüksək olan keramikalar istifadədən öncə su ilə doydurulmalıdır. İstifadə müddəti keçmiş qarışığa qətiyyən su və ya yapışdırıcı əlavə edilməməlidir. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir
SAXLANMA MÜDDƏTİ VƏ QAYDASI
Açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində maksimum 10 kisə olmaqla 12 ay saxlanıla bilər
ZƏMANƏT VƏ TEXNİKİ DƏSTƏK
Texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır; “EPO YAPI KIMYA" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır; Şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “EPO YAPI KIMYA" şirkəti məsuliyyət daşımır; Şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır; Texniki dəstək və ya daha geniş məlumat almaq üçün “EPO YAPI KIMYA” şirkətinə müraciət edin!

Peşəkarların məsləhətinə ehtiyacınız var?
