
Epomix FR Snow
Epomix FR Snow
MƏHSUL HAQQINDA
Sement əsaslı, boz rəngli, kimyəvi qatqılarla zəngin yüksək keyfiyyətli və istifadə imkanları geniş, birkomponentli, ani temperatur dəyişilməsinə davamlı yapışdırıcıdır. AZS 039 (TS 11140) standartına və EN 12004 standartının sinfinə uyğundur. Soyuq hava anbarları və buzxanalar kimi ani temperatur dəyişikliklərinin (donma-ərimə) olduğu yerlərdə, sobaların fasadında, aşağıdan isidilən sistemlərdə, terraslarda və bağçaların tərtibatında, beton, suvaq, döşəmə suvağı kimi səthlərin üzərinə, döşəmə və divar keramikaları, qranit, oda davamlı kərpic, dekorativ kərpic kimi üzlük materiallarının yapışdırılmasında, keramikanın üstündən keramika yapışdırılmasında istifadə olunur.
İSTİFADƏ SAHƏLƏRİ
Qarışığın hazırlanması. 25 kq-lıq quru qarışığı 6,0 - 6,5 litr suyun üzərinə ehmalca boşaldıb kürəciklər yox olana qədər qarışdırın (qarışdırmaq üçün zəif dövriyyəli qarışdırıcıdan istifadə olunması məsləhət görülür). Qarışığın özünü tutması üçün 3-5 dəqiqə gözləyin, istifadəyə başlamazdan əvvəl yenidən qarışdırın.
Tətbiqi
Malanın düz tərəfi ilə qarışığı nazik qatla səthə yayın. Sonra plitələrin ölçüsünə uyğun olaraq səthə vurulmuş qarışığı malanın dişli-daraqlı tərəfi ilə daraqlayın. Temperatur dəyişikliklərinin yüksək olduğu yerlərdə iri ölçülü plitələrin yapışdırılmasında kombinələşdirilmiş yapışdırma üsulundan (bu üsulla yapışdırıcı həm səthə çəkilir və daraqlanır, həm də üzlük plitənin arxasına yaxılaraq daraqlanmış səthə yapışdırılır) istifadə edin. Səthin üzərinə çəkilmiş qarışığa plitənin yapışdırılma müddətini həmin qarışığın üzərinə barmaqla azacıq toxunmaqla (basmaqla) müəyyən edin. Qarışıq barmağa yapışarsa, onda plitələri səthə yapışdırmaq olar. Bu müddət 30 dəqiqədən çox olmamalıdır. Əks halda səthin üzərinə çəkilmiş qarışıq üz bağlayarsa, onda onu sıyırıb atmalı və həmin səthin üzərinə yenidən qarışıq vuraraq onu daraqlı mala ilə daraqladıqdan sonra plitələr yapışdırılmalıdır Hazırlanan qarışığı 3 saat ərzində işlədilməlidir. İstifadə müddəti keçmiş və ya qabıq bağlamış qarışığı istifadə etmək məsləhət görülmür. Aralıq doldurma işi divarda 24 saat, döşəmədə isə 48 saatdan sonra icra edilməlidir.
Tövsiyələr.
Epo Epomix FR Snow istifadə olunarkən mühitin temperaturu +5C-dən aşağı və + 30C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. Su hopması yüksək olan keramikalar istifadədən öncə su ilə doydurulmalıdır. İstifadə müddəti keçmiş qarışığa qətiyyən su və ya yeni quru qarışıq əlavə edilməməlidir. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.
SAXLANMA MÜDDƏTİ VƏ QAYDASI
Açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində maksimum 10 kisə olmaqla 12 ay saxlanıla bilər ZƏMANƏT VƏ TEXNİKİ DƏSTƏK Texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır; “EPO YAPI KIMYA" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır; Şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “EPO YAPI KIMYA" şirkəti məsuliyyət daşımır; Şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır; Texniki dəstək və ya daha geniş məlumat almaq üçün “EPO YAPI KIMYA” şirkətinə müraciət edin

Peşəkarların məsləhətinə ehtiyacınız var?
