
Epomix MG 450
Epomix MG 450
MƏHSUL HAQQINDA
Sement əsaslı, boz rəngli, kimyəvi qatqılarla zəngin, yüksək keyfiyyətli, birkomponentli mərmər -qranit yapışdırıcısıdır. AZS 039 (TS-11140) standartına uyğundur.
İSTİFADƏ SAHƏLƏRİ
Təbii mərmər və qranit, keramika, böyük ölçülü keramika, kotto, çini keramika, kirəmit və bu kimi üzlük plitələrin yapışdırılmasında, çox sayda piyada və yük maşınlarının hərəkət etdiyi ticarət mərkəzləri, xəstəxana, məktəb və iş yerləri kimi məkanlarda köhnə qranit və mərmərlərin üstündən qopartmağa ehtiyac olmadan yeni istənilən üzlük pltələrinin yapışdırılmasında, daxili və xarici səthlərdə istifadə olunur. Beton, suvaq, döşəmə suvağı kimi səthlərin üzərinə yapışdırılır.
ÜSTÜNLÜKLƏRİ
Rahat hazırlanır və tətbiq olunur; yuxarıdan aşağıya doğru keramika və digər üzlük plitələri, həmçinin köhnə mərmər və qranitləri qopartmadan üzərinə hər növ üzlük materialları asanlıqla yapışdırır; istiyə və şaxtaya davamlıdır.
Səthin hazırlanması.
İstifadə olunacaq səthlərin sağlam, quru, təmiz və ölçülərinin düzgün olmasına diqqət etməli, səth yapışma müqavimətini zəiflədən hər növ yağ, parafin və digər qalıqlardan tamamilə təmizlənməlidir.Səthdə 5-6 mm dərinliyində çatlar və ya boşluqlar olarsa, onlar bir gün əvvəl Eposement S40 təmir qarışığı və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli təmir qarışığı ilə doldurulmalıdır. İstifadə etməmişdən əvvəl səth BİNDER astarla və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsulla astarlanmalıdır.
Qarışığın hazırlanması.
25 kq-lıq tozşəkilli qarışığı ehmalca 6,0-6,5 litr suyun üzərinə boşaldıb kürəciklər yox olana qədər qarışdırın (qarışdırmaq üçün zəif dövriyyəli qarışdırıcıdan istifadə olunması məsləhət görülür). Qarışığın özünü tutması üçün 3-5 dəqiqə gözləyin, istifadəyə başlamazdan əvvəl yenidən qarışdırın
Tətbiqi.
Malanın düz tərəfi ilə qarışığı nazik qatla səthə yayın. Sonra plitələrin ölçüsünə uyğun olaraq səthə vurulmuş qarışığı malanın dişli-daraqlı tərəfi ilə daraqlayın. İri ölçülü plitələrin yapışdırılmasında kombinələşdirilmiş yapışdırma üsulunun (bu üsulla yapışdırıcı həm səthə çəkilir və daraqlanır, həm də üzlük plitənin arxasına yaxılaraq daraqlanmış səthə yapışdırılır) tətbiq edilməsi tövsiyə olunur. Səthin üzərinə çəkilmiş qarışığa plitənin yapışdırılma müddətini barmaqla həmin qarışığın üzərinə azacıq toxunmaqla (basmaqla) müəyyən edin. Qarışıq barmağa yapışarsa, onda plitələri səthə yapışdırmaq olar. Bu müddət 30 dəqiqədən çox olmamalıdır. Əks halda səthin üzərinə çəkilmiş qarışıq üz bağlayarsa, onda onu sıyırıb atmalı və həmin səthin üzərinə yenidən qarışıq vuraraq daraqlı mala ilə daraqladıqdan sonra plitələr yapışdırılmalıdır. Hazırlanan qarışıq 3 saat ərzində işlədilməlidir. İstifadə müddəti keçmiş və ya qabıq bağlamış qarışığı istifadə etmək məsləhət görülmür. Aralıq doldurma işi divarda 24 saatdan, döşəmədə isə 48 saatdan sonra icra edilməlidir.
Tövsiyələr.
"MG 450" mərmər-qranit yapışdırıcısı istifadə olunarkən mühitin temperaturu +5C-dən aşağı və +30C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+30C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. Su hopması yüksək olan üzlük plitələr istifadədən öncə su ilə doydurulmalıdır. İstifadə müddəti keçmiş qarışığa qətiyyən su və ya yeni quru qarışıq əlavə edilməməlidir. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.
SƏRFİYYAT
İstifadə zamanı yapışdırıcının səthə çəkilmiş qalınlığından və dişli-daraqlı malanın ölçülərindən asılı olaraq 1 m2-ə sərf olunan quru qarışığın miqdarı (kq-la)
SAXLANMA MÜDDƏTİ VƏ QAYDASI Açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində maksimum 10 kisə olmaqla 12 ay saxlanıla bilər.
XƏBƏRDARLIQLAR
"MG 450" mərmər-qranit yapışdırıcısının sement əsaslı və qatqılarla zəngin olduğunu nəzərə alaraq dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun; istifadə qaydalarında qeyd edilməyən heç bir maddə qatmayın; yuxarıdakı göstəricilər +23C±2C temperatur və 50% + 5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.
ZƏMANƏT VƏ TEXNİKİ DƏSTƏK
Texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır; “EPO YAPI KIMYA" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır; Şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “EPO YAPI KIMYA" şirkəti məsuliyyət daşımır; Şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır; Texniki dəstək və ya daha geniş məlumat almaq üçün “EPO YAPI KIMYA” şirkətinə müraciət edin!

Peşəkarların məsləhətinə ehtiyacınız var?
