
Epomix White
Epomix White
MƏHSUL HAQQINDA
Şaquli və üfüqi səthlərdə mozaika yapışdırıcısı. Sement əsaslı, modifikasialı zənginləşdirilmiş tərkib, yüksək keyfiyyətli, birkomponentli, ağ rəngli keramika yapışdırıcısıdır. AZS 039 -2000 (TS 11140 -1993) “Yapışdırıcılar- sement əsaslı (hidravlik bağlayıcılı) kafel, keramika və döşəmə plitələri üçün” standartın tələblərinə uyğundur.
İSTİFADƏ SAHƏLƏRİ
Bu keramika yapışdırıcısı:o daxili və xarici məkanlarda; şüşə mozaikaların yapışdırılmasında; aralıqların doldurulmasında; şüşə blokları və köhnə kafelləri qopartmadan kafelin üstündən kafel yapışdırılmasında;beton, suvaq, döşəmə suvağı kimi səthlərdə istifadə olunur.
ÜSTÜNLÜKLƏRİ
Rahat hazırlanır və tətbiq olunur; şaquli və üfüqi səthlərdə istifadə olunur; yuxarıdan aşağıya doğru keramika, şüşə mozaika, şüşə bloklar və digər üzlük plitələri asanlıqla yapışdırır; istiyə və şaxtaya davamlıdır.
İSTİFADƏ QAYDALARI
Səthin hazırlanması. İstifadə olunacaq səthlərin sağlam, quru, təmiz və ölçülərin düzgün olmasına diqqət etməli, səth yapışma müqavimətini zəiflədən hər növ yağ və parafin qalıqlarından tamamilə təmizlənməlidir. Səthdə 5-6 mm dərinliyində çatlar və ya boşluqlar olarsa, onlar bir gün əvvəl Epocement S 40 təmir qarışığı və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli təmir qarışığı ilə doldurulmalıdır. İstifadə etməmişdən əvvəl səth BİNDER astarla və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsulla astarlanmalıdır.
Qarışığın hazırlanması. 25 kq-lıq tozşəkilli qarışığı 6,0 – 6,5 litr suyun üzərinə ehmalca boşaldıb kürəciklər yox olana qədər qarışdırın. Qarışığın özünü tutması üçün 3-5 dəqiqə gözləyin, istifadəyə başlamazdan əvvəl yenidən qarışdırın.
Tətbiqi. Malanın düz tərəfi ilə qarışığı nazik qatla səthə yayın. Sonra plitələrin ölçüsünə uyğun olaraq səthə vurulmuş qarışığı malanın dişli-daraqlı tərəfi ilə daraqlayın. Səthin üzərinə çəkilmiş qarışığa plitənin yapışdırılma müddətini barmaqla həmin qarışığın üzərinə azacıq toxunmaqla (basmaqla) müəyyən edin. Qarışıq barmağa yapışarsa, onda plitələri səthə yapışdırmaq olar. Bu müddət 30 dəqiqədən çox olmamalıdır.Əks halda səthin üzərinə çəkilmiş qarışıq üz bağlayarsa, onda onu sıyırıb atmalı və həmin səthin üzərinə yenidən qarışıq vuraraq daraqlı mala ilə daraqladıqdan sonra plitələr yapışdırılmalıdır.
Hazırlanan qarışıq 3 saat ərzində işlədilməlidir. İstifadə müddəti keçmiş və ya qabıq bağlamış qarışığı istifadə etmək məsləhət görülmür. Aralıq doldurma işi divarda 24 saatdan, döşəmədə isə 48 saatdən sonra icra edilməlidir.
Tövsiyələr. EPO WHİTE istifadə olunarkən mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. Suhopma qabiliyyəti yüksək olan keramikalar istifadədən öncə su ilə doydurulmalıdır. Üzmə hovuzlarına şüşə mozaika yapışdırılarkən ön tərəfində kağız olan şüşə mozaikalardan istifadə olunmalıdır. İstifadə müddəti keçmiş EPO WHİTE qarışığına qətiyyən su və ya yeni quru qarışıq əlavə edilməməlidir. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.
TEXNİKİ GÖSTƏRİCİLƏR
Rəngi
ağ
İstifadə temperaturu
+50 C - +300 C
Su/quru qarışıq
2,4-2,6 litr su /10 kq quru qarışıq
6,0-6,5 litr su / 25 kq quru qarışıq
Qarışdırıldıqdan sonra gözləmə müddəti
3-5 dəqiqə
İstifadə müddəti
3 saat
Aralıq doldurma işinə başlama vaxtı:
· divarda
· döşəmədə
24 saatdan sonra
48 saatdan sonra
Qablaşdırma
2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 10 və 25 kq-lıq kisələrdə
AZS 039-2000 (TS 11140-1993) saylı standartın tələblərinə uyğun olaraq
Test nəticələri
Qabıq bağlama müddəti
≥10 dəqiqə
20-30 dəqiqə
Sürüşmə
<0,5 mm
0
Yapışma müqaviməti
>0,5 N/mm2
>2,5 N/mm2
TÖVSİYƏ OLUNAN DARAQLI MALANIN DİŞLƏRİNİN ÖLÇÜLƏRİ VƏ ÖLÇÜLƏRƏ UYĞUN YAPIŞDIRICININ YAYILMA QALINLIĞI
Üzlük plıtələrin ölçüləri
Daraqlı malanın dişlərinin ölçüləri, mm
Yapışdırıcının yayılma qalınlığı, mm
15 sm×15 sm-ə qədər
6,0
2,0-3,0
30 sm × 30 sm-ə qədər
8,0
3,0-4,0
30 sm× 30 sm-dən yuxarı
10,0
4,0-5,0
ÜZLÜK PLİTƏLƏRİN ÖLÇÜLƏRİNDƏN ASILI OLARAQ TÖVSİYƏ OLUNAN ARALIQLARIN ENİ
Üzlük plitələrin ölçüləri
Aralıqların eni, mm
15 sm×15 sm-ə qədər
3,0-4,0
30 sm×30 sm-ə qədər
4,0-5,0
30 sm×30 sm-dan yuxarı
5,0-8,0
SƏRFİYYAT
İstifadə zamanı yapışdırıcının səthə çəkilmiş qalınlığından və dişli-daraqlı malanın ölçülərindən asılı olaraq 1 m2-ə sərf olunan quru qarışığın miqdarı (kq-la)
EPO ÜHİTE
keramika yapışdırıcısı
(kq)
1 mm qalınlıq üçün
quru qarışığın sərfiyyatı (kq/m2)
Qarışdırılacaq suyun miqdarı (litrlə)
25 kq üçün
Daraqlı malanın dişlərinin ölçüləri və sərfiyyatlar (kq/m2)
6 mm
8 mm
10 mm
25
1,28
6
1,94
2,46
4,12
SAXLAMA MÜDDƏTİ VƏ QAYDASI
Açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində maksimum 10 kisə olmaqla 12 ay saxlanıla bilər.
XƏBƏRDARLIQLAR
EPO WHİTE yapışdırıcısının sement əsaslı və qatqılarla zəngin olduğunu nəzərə alaraq dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun;istifadə qaydalarında qeyd edilməyən heç bir maddə qatmayın;yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% + 5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.
ZƏMANƏT VƏ TEXNİKİ DƏSTƏK
Texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır; “EPO YAPI KIMYA" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır; şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “EPO YAPI KIMYA" şirkəti məsuliyyət daşımır; şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır; texniki dəstək və ya daha geniş məlumat almaq üçün “EPO YAPI KIMYA” şirkətinə müraciət edin!

Peşəkarların məsləhətinə ehtiyacınız var?
