
Eposeal 100
Eposeal 100
MƏHSUL HAQQINDA
Toz tərkibi: Sement əsaslı, kimyəvi qatqıları özündə əks etdirən quru qarışıqdır.Maye tərkibi: Akrilik əsaslı emulsiya polimeridir. TŞ AZS 31 43498-05-2005 texniki şərtin tələblərinə uyğundur. Bu izolyasiya qarışığından:daimi su saxlanılan hovuzlarda; binaların bünövrəsində və balkonlarda;əsas divar və arakəsmələrdə;su anbarlarında; terraslarda;beton, suvaq və döşəmə suvağı kimi səthlərin üzərində;daima su ilə təmasda olan məkanlarda kafel və metlax vurulmazdan öncə istifadə olunur
İSTİFADƏ SAHƏLƏRİ
Bu izolyasiya qarışığından: daimi su saxlanılan hovuzlarda; binaların bünövrəsində və balkonlarda; əsas divar və arakəsmələrdə; su anbarlarında; terraslarda; beton, suvaq və döşəmə suvağı kimi səthlərin üzərində; daima su ilə təmasda olan məkanlarda kafel və metlax vurulmazdan öncə istifadə olunur
ÜSTÜNLÜKLƏRI
Yapı kimya rahat hazırlanır və tətbiq olunur; torpağın tərkibindəki kimyəvi maddələrə və duzlara qarşı davamlıdır; yüksək yapışma qabiliyyəti və elastikliyi sayəsində suvaq, döşəmə suvağı (şap), keramika və digər Üzlük plitələri yapışdırmazdan əvvəl sukeçirməyən möhkəm hidroizolyasiya təbəqəsi yaradır;fırça və ya mala ilə səthə çəkilir
İstifadə qaydaları
Səthin hazırlanması. Səth yapışmağa mane olan qalıqlardan təmizlənməli, səthin yoxlanılmış vəmöhkəm olmasına diqqət edilməlidir. İstifadə olunacaq səthlərdə nöqsan olarsa EPOSEMENT S40 VƏ ya standartlara uyğun istehsal edilmiş digər bu tipli təmir qarışığı ilə düzəldilməlidir. İstifadə etməmişdən əvvəl səth EPOLATEX astarla və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsulla astarlanmalıdır.
Qarışığın hazırlanması. 25 kq toz şəklindəki qarışıq maddəsini 10 litr ağ maye tərkibin üzərinə ehmalca boşaldıb kürəciklər yox olana qədər 3-5 dəqiqə qarışdırın (qarışdırmaq üçün zəif dövriyyəli qarışdırıcıdan istifadə olunması məsləhət görülür). Qarışığın özünü tutması üçün 3-5 dəqiqə gözləyin,təkrar 30 saniyyə qarışdırın.
Tətbiqi. Hazırlanan qarışığı səthə vərdənə və ya fırça ilə 1-ci qat saquli istiqamətdə cəkilir. 2-ci qat Isə 5-6 saat sonra birinci qata perpentikulyar cəkilir.Məhsulun tətbiq olunduğu künclərdə çatların əmələ gəlməməsi üçün küncləri ovallaşdırın və qarışığı tor vasitəsilə bərkidin. Hazırlanan qarışıq 2 saat ərzində işlədilməlidir. İstifadə müddəti keçmiş qarışıq atılmalıdır.
Tövsiyələr. Qarışığın tətbiq olunduğu səthi 48 saat müddətinə günəş şüasından, yagıntılardan və tozdan qoruyun və birbaşa günəş işığının düşdüyü yerlərdə istifadə etməyin. Nazik təbəqə şəklində tətbiq olunan maddə olduğu üçün piyada və maşınların hərəkətinə məruz qalan səthlərə vurulduqdan sonra beton döşəmə suvağı, keramika kimi qoruyucu üzlük materiallarla örtün. Qarışığın istifadə olunduğu yerləri istifadəyə verməzdən və ya örtüklə örtməzdən əvvəl ən azı 3 gün gözləyin.
Saxlama müddəti və qaydası
Toz tərkibli komponent açılmamış qablarda, quru şəraitdə, taxta altlıqlar üzərində üst-üstə 10 kisə olmaqla, maye tərkibli komponent isə plastik bidonlarda üst-üstə 3 cərgə olmaqla 12 ay saxlanıla bilər
XƏBƏRDARLIQ
Məhsulun sement akrilik əsaslı və kimyəvi qatqılarla zəngin olduğunu nəzərə alaraq, dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun; isitifadə qaydalarında qeyd edilməyən heç bir əlavə maddə qatmayın; yuxarıdakı göstəricilər +23C±2C temperatur və 50% + 5% rütubətli şəraitdə aparılan sınaqlar nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.
ZƏMANƏT VƏ TEXNIKI DƏSTƏK
Texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır; “EPO ” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir; şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “EPO ” şirkəti məsuliyyət daşımır; şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır; texniki dəstək və ya daha geniş məlumat almaq üçün “EPO ” şirkətinə müraciət edin
Rəngi: 1-ci tərkib 2-ci tərkib boz toz ağ maye İstifadə temperaturu +50 C - +300 C Maye/toz nisbəti 10 litr ağ maye/25 kq toz İstifadə müddəti 2 saat İstifadəyə verilmə müddəti 1 həftədən sonra Üzərinin örtülməsi 3 gündən sonra Qarışığın həcm kütləsi 1,7 kq/litr Qopma müqaviməti 1 N/mm2 Su təzyiqinə qarşı müqaviməti 3 bar Qablaşdırma toz maye 2 və ya 3 qatı kraft kağızı, 1 qatı polietilendən ibarət olan 25 kq-lıq kisələrdə, 10 litrlik plastik bidonlarda

Peşəkarların məsləhətinə ehtiyacınız var?
