Eposeal 200

Eposeal 200

EPOSEAL Super Plus 200

EPOSEAL Super Plus HİDROİZOLYASİYA QARIŞIĞI (toz+maye), 8-10 bar

İçməli su hovuz izolyasiya məhsulu. Ekstra sukeçirməz

Məhsul haqqında

Tərkibi: Sement və Akrilik əsaslı.

TŞ AZS 31 43498-05-2005 texniki şərtin tələblərinə uyğundur.

İstifadə sahələri

Bu izolyasiya qarışığından:İçməli və istifadəyə yararlı su saxlanılan hovuzlarda;Binaların bünövrəsində və balkonlarda; Əsas divar və arakəsmələrdə; Su anbarlarında; Terraslarda; Beton, suvaq və döşəmə suvağı kimi səthlərin üzərində;Daima su ilə təmasda olan məkanlarda kafel və metlax vurulmazdan öncə istifadə olunur.

Üstünlükləri

Rahat hazırlanır və tətbiq olunur; Torpağın tərkibindəki kimyəvi maddələrə və duzlara qarşı davamlıdır;Yüksək yapışma qabiliyyəti və elastikliyi sayəsində suvaq, döşəmə suvağı (şap), keramika və digər üzlük plitələri yapışdırmazdan əvvəl sukeçirməyən möhkəm hidroizolyasiya təbəqəsi yaradır;Fırça və ya mala ilə səthə çəkilir.

İstifadə qaydaları

Səthin hazırlanması. Səth yapışmağa mane olan qalıqlardan təmizlənməli, səthin yoxlanılmış və möhkəm olmasına diqqət edilməlidir. İstifadə olunacaq səthlərdə nöqsan olarsa EPOSEMENT S40 VƏ ya standartlara uyğun istehsal edilmiş digər bu tipli təmir qarışığı ilə düzəldilməlidir. İstifadə etməmişdən əvvəl səth EPOLATEX astarla və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsulla astarlanmalıdır.

Qarışığın hazırlanması.

20 kq toz şəklindəki qarışıq maddəsini 10 litr ağ maye tərkibin üzərinə ehmalca boşaldıb kürəciklər yox olana qədər 3-5 dəqiqə qarışdırın (qarışdırmaq üçün zəif dövriyyəli qarışdırıcıdan istifadə olunması məsləhət görülür). Qarışığın özünü tutması üçün 3-5 dəqiqə gözləyin, təkrar 30 saniyyə qarışdırın.

Tətbiqi. Hazırlanan qarışığı səthə vərdənə və ya fırça ilə 1-ci qat saquli istiqamətdə cəkilir. 2-ci qat isə 5-6 saat sonra birinci qata perpentikulyar cəkilir. Məhsulun tətbiq olunduğu künclərdə çatların əmələ gəlməməsi üçün küncləri ovallaşdırın və qarışığı tor vasitəsilə bərkidin.Hazırlanan qarışıq 2 saat ərzində işlədilməlidir. İstifadə müddəti keçmiş qarışıq atılmalıdır.

Tövsiyələr. Qarışığın tətbiq olunduğu səthi 48 saat müddətinə günəş şüasından, yagıntılardan və tozdan qoruyun və birbaşa günəş işığının düşdüyü yerlərdə istifadə etməyin. Nazik təbəqə şəklində tətbiq olunan maddə olduğu üçün piyada və maşınların hərəkətinə məruz qalan səthlərə vurulduqdan sonra beton döşəmə suvağı, keramika kimi qoruyucu üzlük materiallarla örtün.Qarışığın istifadə olunduğu yerləri istifadəyə verməzdən və ya örtüklə örtməzdən əvvəl ən azı 3 gün gözləyin.

Texniki göstəricilər

Rəngi:

1-ci tərkib

2-ci tərkib

boz toz

ağ maye

İstifadə temperaturu

+5 C - +32 C

Maye/toz nisbəti

10 litr ağ maye/20 kq toz

İstifadə müddəti

2 saat

İstifadəyə verilmə müddəti

1 həftədən sonra

Üzərinin örtülməsi

3 gündən sonra

Qarışığın həcm kütləsi

1,7 kq/litr

Qopma müqaviməti

1 N/mm2

Su təzyiqinə qarşı müqaviməti

8-10 bar 

Qablaşdırma

Toz

Maye

2 və ya 3 qatı kraft kağızı, 1 qatı polietilendən

ibarət olan 20 kq-lıq kisələrdə,

10 litrlik plastik bidonlarda

Sərfiyyat

Eposeal Super Plus hidroizolyasiya qarışığı səthə 2 və ya 3 qat çəklir.

Birinci qatın sərfiyyatı

1,2 kq/m2

İkinci qatın sərfiyyatı

1, 0 kq/m2

Üçüncü qatın sərfiyyatı

1,0 kq/m2

Saxlama müddəti və qaydası

Toz tərkibli komponent açılmamış qablarda, quru şəraitdə, taxta altlıqlar üzərində üst-üstə 10 kisə olmaqla, maye tərkibli komponent isə plastik bidonlarda üst-üstə 3 cərgə olmaqla 12 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

Məhsulun sement akrilik əsaslı və kimyəvi qatqılarla zəngin olduğunu nəzərə alaraq, dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun; İsitifadə qaydalarında qeyd edilməyən heç bir əlavə maddə qatmayın; Yuxarıdakı göstəricilər +230C±20Ctemperatur və 50% + 5% rütubətli şəraitdə aparılan sınaqlar nəticəsində əldə olunmuşdur. ŞŞəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır; "CMT Group" MMC şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir; şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə "CMT Group" MMC şirkəti məsuliyyət daşımır; şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;

Texniki dəstək və ya daha geniş məlumat almaq üçün "CMT Group" MMC şirkətinə müraciət edin

Peşəkarların məsləhətinə ehtiyacınız var?

Bizimlə telefon nömrəsi və ya e-poçt vasitəsi ilə əlaqə saxlaya bilərsiniz.
Bizə yazın