
Eposeal Hidrostop
Eposeal Hidrostop
MƏHSUL HAQQINDA
Xüsusi sement və qum tərkibli, su sızıntılarının izolyasiyasında, montaj və təmir işlərində istifadə olunan, yapışma müqavimətini artıran, su ilə qarışdırıldığı zaman sürətlə genişlənərək sərtləşən, istifadəyə hazır tıxac harcıdır.
İSTİFADƏ SAHƏLƏRİ
Bu məhsuldan: daxili və xarici məkanlarda; döşəmə və divarlarda; genişlənməyə meylli olmayan çatların təmirində; su sızan yerlərin izolyasiyasında; boruların izolyasiyasında; beton səthlərin təmirində; su sızıntısı ehtimal olunan yerlərin izolyasiyasından əvvəl doldurulmasında və tıxanmasında; qəliblərin içindəki dəmir boşluqların bərkidilməsində; betonun kənar və künclərinin oval şəklə salınmasında və aralıqların təmir edilməsində; metal anker boltlarının və alətlərinin bərkidilməsində istifadə olunur
ÜSTÜNLÜKLƏRİ
Bir komponentlidir; yalnız su ilə qarışdırılır; sürətlə sərtləşərək su sızıntıları üçün maneə əmələ gətirir; istifadəsi asandır;genişlənərkən su keçirməyən təbəqə əmələ gətirir; dözümlü və stabildir; 15 dəqiqə sonra üzərinə izolyasiya məhsulları çəkilə bilər; tərkibində xlor olmadığı üçün polad konstruksiyaların korroziyasına səbəb olmur; içməli su anbarlarında etibarlı şəkildə istifadə oluna bilər
İSTİFADƏ QAYDALARI
Səthin hazırlanması. İstifadə olunacaq səthlərin sağlam, quru, dözümlü, tozsuz, təmiz və ölçülərin düzgün olmasına diqqət yetirməli, səth yapışma müqavimətini zəiflədən bütün növ yağ, pas və parafin qalıqlarından, boya və nəm saxlayan maddələrdən tamamilə təmizlənməli və xırda qırıntılar qalmamalıdır. Yaranmış boşluqlar və çatlar 20 mm dərinliyində və enində, kənarları dik olaraq kəsilməlidir. Boşluqların V şəklində, künclərin isə sərt uclu kəsilməsi yol verilməzdir. Qarışığın hazırlanması. 60 saniyə ərzində istifadə olunacaq miqdarda məhsulu təmiz bir qabın içinə qoyun və lazımi miqdarda su əlavə edin. Münasib əlcək geyinərək 30 saniyədən çox olmamaq şərti ilə qarışdırın. Qarışığa heç bir digər kimyəvi maddə əlavə Etməyin. Diqqət: soyuq havada isti və ya ilıq su istifadə olunmalıdır.1 kq EpoHidrostop məhsuluna 0,24-0,28 litr təmiz su əlavə edərək qarışdırın (Su nisbəti havanın temperaturundan asılı olaraq dəyişə bilər). Tətbiqi. Su sızan və çatlamış yerləri ən azı 20 mm enində və dərinliyində qazın. Məhsulu lazımi miqdarda su ilə qatın və əldə yumrulayın, isinməyə başlayanda cəld hərəkətlə sızıntı və çat olan yerlərə vurun. 60 saniyə ərzində əlinizlə üstündən basaraq saxlayın. Məhsul bir az sərtləşdikdən sonra əli astaca çəkə bilərsiniz. Əgər daha böyük boşluqlar olarsa, onda bu proseduranı həmin boşluqların çevrəsindən mərkəzinə doğru istiqamətdə təkrar etmək olar. İstifadədən dərhal sonra boşluğun kənarlarında qalan artıq məhsul təmizlənməlidir. Məhsuldan divar və döşəmə arasındakı aralıqların izolyasiyası məqsədi ilə də istifadə oluna bilər. Bu zaman aralıqları ən azı 20 mm enində və dərinliyində qazın. Qazılmış yerdə olan məftili, simi, taxta parçalarını və digər xırda hissəcikləri təmizləyin. Aralıqları münasib bir şəkildə EpoHidrostop məhsulu ilə doldurun. Metal ankerbolt və ya bərkitmə alətlərini betonun səthinə bərkitmək üçün beton tökülmüş səthdə mexaniki deşik açan alətlə, ankerbolt alətlərinin ölçüsündən daha böyük boşluq açın. Daha sonra bu boşluqların içərisini təmizləyin. EpoHidrostop istifadə etməmişdən əvvəl boşluqları lazımi miqdarda su ilə nəmləndirin. Daha sonra boşluqları EpoKontakt məhsulu ilə doldurun. Metal ankerbolt və ya bərkitmə alətlərini cəld bir hərəkətlə şaquli istiqamətdə çevirib yerinə yerləşdirin və sonra üzərinə nəm saxlama xassəli məhsullar çəkin. Tövsiyələr. EpoHidrostop istifadə olunan mühitin temperaturu +5C-dən aşağı və +32C dən yuxarıdırsa lazımi temperatur təmin olunmalıdır. İstifadə olunan səth 15 dəqiqə müddətində nəm olmalıdır. Quru və su hopma qabiliyyəti çox olan səthlərdə bu müddət 30 dəqiqə olmalıdır. İstifadədən sonra bütün alətlər və ləvazimatlar su ilə təmizlənməlidir. Sərtləşdikdən sonra ancaq mexaniki yolla səthdən təmizlənir
SƏRFİYYAT
Su sızan yerlərin ölçüsündən asılı olaraq dəyişə bilər.
ZƏMANƏT VƏ TEXNİKİ DƏSTƏK
Texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır; “EPO YAPI KIMYA" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır; Şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “EPO YAPI KIMYA" şirkəti məsuliyyət daşımır; Şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır; Texniki dəstək və ya daha geniş məlumat almaq üçün “EPO YAPI KIMYA” şirkətinə müraciət edin!

Peşəkarların məsləhətinə ehtiyacınız var?
