Epotec 080

Epotec 080

MƏHSUL HAQQINDA

Əhəngdaşı əsaslı, birkomponentli, fasad üçün nəzərdə tutulmuş teksturalı səthlər yaradan bəyaz rəngli, toz halında məhsuldur.

İSTİFADƏ SAHƏLƏRİ

Xarici və daxili məkanlarda şaquli səthlərdə; Sement əsaslı suvaq ilə suvanmış səthlərdə; XPS (sıxlaşdırılmış polistren köpüyü), EPS (genişləndirilmiş polistren köpüyü), daş yunu (preslənmiş mineral pambıq tavalar) və poliuretan tavalarla üzlənmiş səthlərdə istifadə olunur.

ÜSTÜNLÜKLƏRİ

Yüksək bağlayıcılıq xüsusiyyətinə malikdir; Ultrabənövşəyi şualara və şaxtaya qarşı dayanıqlıdır; Elastik olduğundan divarda çatlar yaranmır; Yağışa, rütubətə və nəmə qarşı son dərəcə dayanıqlıdır; Boya görünüşünü uzun müddət qoruyub saxlayır; Ekoloji cəhətdən təmizdir. 

İSTİFADƏ QAYDALARI

Səthin hazırlanması. Səth təmiz, sağlam və nəmli olmalıdır. Səthdə 3 mm-dən dərin çatlar və qusurlar olduqda EPOTEC 080 tətbiq olunmazdan ən azı 72 saat əvvəl Eposement S 40 və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli təmir qarışığı ilə təmir edilməlidir. İstifadədən əvvəl səth mütləq nəmləndirilməli və ya BİNDER və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli astarla astarlanmalıdır.

Qarışığın hazırlanması. Bir kisə 20 kq-lıq EPOTEC 080 məhsulunu yavaş-yavaş 7,5-8,0 l təmiz suyun üzərinə əlavə edin. Qarışığı mala və ya zəif dövriyyəli əl mikseri ilə homogen qarışıq əmələ gələnə kimi qarışdırın. Qarışdırdıqdan sonra 3 dəqiqə gözləyin və istifadəyə başlamazdan əvvəl yenidən qarışdırın.

Tətbiqi. Hazır məcunu fasada çiləyici əl tapancası ilə tətbiq edin. 10-15 dəqiqədən sonra səthə tətbiq olunmuş məcunu xüsusi tinerə (məcunun vərdənəyə yapışmaması üçün) salınmış dəmir və ya plastik vərdənə ilə əzməklə dekorativ görünüş yaradın. Hazırlanmış qarışıq maksimum 3 saat ərzində istifadə olunmalıdır. İstifadə müddəti keçmiş qarışıqdan istifadə edilməməlidir. EPOTEC 080 su ilə qarışdırıldıqdan sonra gözləmə müddətinə mütləq riayət edilməli, istifadədən əvvəl təkrar qarışdırılmalıdır. Hazırlanan qarışığın içərisinə heç bir əlavə maddə (əhəng, sement, gips və s.) qatılmamalıdır.

Tövsiyələr. EPOTEC 080 istifadə olunarkən mühitin temperaturu +5°C-dən aşağı və +30°C-dən yuxarı olarsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+30°C-dən yuxarı) və güclü küləkli havalarda və 24 saat ərzində donma təhlükəsi olan səthlərdə istifadə olunmamalıdır. İstifadə müddəti keçmiş məhsuldan istifadə edilməməlidir. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.Bu göstəricilər +30°C istilik mühiti üçün qəbul olunur. Aşağı istilikdə müddət uzana, yuxarı istilikdə isə qısala bilər

SƏRFİYYAT

Səthdən asılı olaraq 1 m2 səthdə 0,8-1,0 kq qarışıq sərf olunur

SAXLANMA MÜDDƏTİ VƏ QAYDASI

Rütubətsiz və quru şəraitdə, taxta altlıqlar üzərində 10 cərgə olmaqla istehsal tarixindən etibarən 6 ay saxlanıla bilər

XƏBƏRDARLIQLAR

EPOTEC 080 qarışığının hazırlanmasında istifadə olunan suyun, qabların təmiz olmasına xüsusi diqqət Edin; Qarışığa heç bir əlavə kimyəvi maddə qatmayın; Yuxarıdakı göstəricilər +23C±2C temperatur və 50% +5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

ZƏMANƏT VƏ TEXNİKİ DƏSTƏK

Texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır; “EPO YAPI KIMYA" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır; Şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “EPO YAPI KIMYA" şirkəti məsuliyyət daşımır; Şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır; Texniki dəstək və ya daha geniş məlumat almaq üçün “EPO YAPI KIMYA” şirkətinə müraciət edin! 


Peşəkarların məsləhətinə ehtiyacınız var?

Bizimlə telefon nömrəsi və ya e-poçt vasitəsi ilə əlaqə saxlaya bilərsiniz.
Bizə yazın