
Epotec A-250
Epotec A-250
MƏHSUL HAQQINDA
Sement və əhəng daşı əsaslı qatqılarla zəngin, birkomponentli səth təmir və düzləndirmə məhsuludur. AZS 039-2000 (TS 11140 -1993) “Yapışdırıcılar- sement əsaslı (hidravlik bağlayıcılı) kafel, keramika və döşəmə plitələri üçün” standartın tələblərinə uyğundur.
İSTİFADƏ SAHƏLƏRİ
Bu təmir qarışığından: tikililərdəki bərpa işlərində; boyama, keramika yapışdırma və izolyasiyadan əvvəl səthin düzgünlüyünün təmin olunmasında; nazik çatların doldurulmasında; tökülmüş, ovulmuş, qırılmış, qopmuş beton, suvaq və s. bu kimi səthlərin təmir olunmasında istifadə olunur
ÜSTÜNLÜKLƏRİ
Rahat hazırlanır və tətbiq olunur; tökülmüş, ovulmuş, qopmuş hissələrdə düzgün səth əmələ gətirir.
İSTİFADƏ QAYDALARI
Səthin hazırlanması. Səthi yapışmağa mane olan qalıqlardan təmizləyin. Səthin yoxlanılmış və möhkəm olmasına diqqət edin. İstifadə etməmişdən əvvəl səthi nəmləndirin və ya daha yaxşı nəticə əldə etmək üçün Binder astarla və ya standartlara uyğun istehsal olunmuş digər bu tip məhsulla astarlayın. Qarışığın hazırlanması. 25 kq-lıq EPO EPOTEC A250 quru qarışığını 5,5 6,0 litr suyun üzərinə boşaldıb kürəciklər və hava qabarcıqları yox olana qədər qarışdırın (qarışdırmaq üçün zəif dövriyyəli qarışdırıcıdan istifadə olunması məsləhət görülür). Qarışığın tərkibindəki maddələrin tam qarışması üçün 3-5 dəqiqə gözləyin, istifadəyə başlamazdan əvvəl yenidən qarışdırın.
Tətbiqi. Səthdəki qopuq və qırılmış yerləri, çatları mala ilə tam şəkildə doldurun. 3-7 mm arası qalınlıqda istifadə oluna bilər. Hazırlanan qarışığı 60-100 dəqiqə ərzində işlədin.
Tövsiyələr.
EPO EPOTEC A250 təmir qarışığının istifadə olunduğu mühitin temperaturu +50C-dən aşağı və +30C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (30C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. İstifadə müddəti keçmiş qarışığa su və ya yeni quru qarışıq qətiyyən əlavə edilməməlidir. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir. Sərtləşdikdən sonra ancaq mexaniki yolla səthdən təmizlənməlidir
SƏRFİYYAT
1 mm qalınlıq üçün 1,5-2,0 kq/ m2 qarışıq sərf olunur.
SAXLANMA MÜDDƏTİ VƏ QAYDASI
Açılmamış və orjinal kisələrdə sərin və quru yerdə 12 ay saxlanıla bilər. Qısa müddətli saxlama zamanı üç kisə bir-birinin üstünə qoyula bilər. Uzun müddətli saxlama zamanı kisələr bir-birinin üzərinə qoyula bilməz. Ağzı açılmış kisələrdəki məhsul müvafiq saxlanma şəraitində bir həftə ərzində istifadə edilməlidir
XƏBƏRDARLIQLAR
EPO EPOTEC A250 təmir qarışığı sement əsaslı olduğundan istifadə zamanı işin və işçinin təhlükəsizliyi qaydalarina riayət olunmaqla, müvafiq iş paltarı, qoruyucu əlcək, eynək və maskadan istifadə edin; məhsulun allergiya və qaşınma kimi təsirlərini nəzərə alaraq, komponentlərin dəriyə və gözə təmas etməməsinə diqqət edin, dəriyə və gözə təmas olarsa, dərhal çoxlu miqdarda su və sabunla yuyun; əgər məhsulun udulması halı baş verərsə, dərhal həkimə müraciət edin; məhsulun istifadə edildiyi yerlərə ərzaq qoymayın; uşaqların əli çatmayan yerlərdə saxlayın; yuxarıdakı göstəricilər +23C±2C temperatur və 50% +5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.
ZƏMANƏT VƏ TEXNİKİ DƏSTƏK
Texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır; “EPO YAPI KIMYA" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır; Şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “EPO YAPI KIMYA" şirkəti məsuliyyət daşımır; Şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır; Texniki dəstək və ya daha geniş məlumat almaq üçün “EPO YAPI KIMYA” şirkətinə müraciət edin!

Peşəkarların məsləhətinə ehtiyacınız var?
