
Epotec U-100
Epotec U-100
MƏHSUL HAQQINDA
Sement əsaslı, məhsulun istifadə imkanlarını artıran qatqılarla zəngin, yüksək yapışma qabiliyyətinə malik, incə, ağ rəngli, son qat üzlük suvaq qarışığıdır. TS 13687 standartına uyğundur.
İSTİFADƏ SAHƏLƏRİ
Bu məhsuldan: binaların daxilində və xaricində tavan və divarların suvanmasında son qat üzlük suvağı kimi; beton, qazbeton, kərpic, briket (kərpic şəklidə preslənmiş kömür, torf, filiz), mişar daşı, arakəsmə gips tavaları və digər hörgü materiallarından tikilmiş, binaların fasadlarının, daş hasarların A 250 astar suvağı ilə suvanmış, yaxud qara suvağın üzərindən incə suvaq kimi istifadə olunur.
ÜSTÜNLÜKLƏRİ
U 100 üzlük düz, hamar, qüsursuz və parlaq səth əmələ gətirir; tozlanma ehtimalı yoxdur; ekoloji cəhətdən təmizdir; insan orqanizmi üçün zərərsizdir; rahat hazırlanır və tətbiq olunur; PVA yapışqanları və digər əlavələr qatılmır; istifadə zamanı yerə tökülmür, ustaya estetik zövq verir; çatlamır; möhkəm və elastikdir
İSTİFADƏ QAYDALARI
Səthin hazırlanması. İstifadə olunacaq səthlərin sağlam, quru, təmiz və ölçülərin düzgün olmasına diqqət etməli, səth yapışma müqavimətini zəiflədən hər növ yağ və parafin qalıqlarından tamamilə təmizlənməlidir. Üzlük çəkilməzdən əvvəl səth A 250 astar və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli təmir qarışığı ilə suvanmalıdır. Eyni zamanda istifadə olunacaq səth əvvəlcədən su və ya Binderlə astarla və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsulla nəmləndirilməlidir
Qarışığın hazırlanması. 20 kq-lıq U 100 üzlüyünü 9-9.5 litr suya səpin və 3-4 dəqiqə gözlədikdən sonra, suda tam qarışana kimi qarışdırıcı və ya əl aləti ilə qarışdırın. Üzlük qarışıq suda tam qarışdıqdan sonra ona yenidən əlavə olaraq quru qarışıq və su qatmayın.
Tətbiqi. Hazır U 100 üzlük qarışığını A 250 astarla suvanmış divar səthinə və ya tavana mala ilə çəkin. Hazırlanmış qarışığı 80-100 dəqiqə ərzində işlədin. İstifadə müddəti keçmiş və ya qabıq bağlamış qarışıq istifadəyə yararsızdır.
Tövsiyələr. Üzlük qarışıq istifadə olunarkən mühitin və səthin temperaturu minimum +5C olmalıdır. İstifadə olunan mühitin temperaturu +50C-dən aşağı və +30C-dən yuxarıdırsa, lazımi temperatur təmin edilməlidir. İsti (+30C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. Qarışığın hazırlandığı bidon və avadanlıqlar təmiz olmalıdır. Çirklənmiş qab və alətlər qarışığın istifadə müddətini qısaldaraq məhsulun keyfiyyətinə mənfi təsir göstərə bilər. Avadanlıq və alətləri istifadədən sonra dərhal su ilə yuyub təmizləmək tövsiyə olunur. Tətbiq zamanı polad malanın yaratdığı izlərin qalmamasına diqqət yetirilməlidir.
SƏRFİYYAT
U 100 üzlük qarışığından istifadə zamanı 1 mm qalınlığında hamar və düzgün səth əldə etmək üçün 1,7 kq məhsul sərf olunur. 1 kisə U 100 üzlük sement qarışığı 11 m2 hamar səth almaq üçün kifayət edir.
SAXLANMA MÜDDƏTİ VƏ QAYDASI
Paketlənmiş kisələr döşəməyə toxunmamaq şərti ilə qapalı yerlərdə, taxta altlıqlar üzərində, bir-birinin üzərində maksimum 10 ədəd olmaqla, quru anbarlarda 6 ay saxlanıla bilər.
ZƏMANƏT VƏ TEXNIKI DƏSTƏK
Texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır; “EPO ” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir; şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “EPO ” şirkəti məsuliyyət daşımır; şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır; texniki dəstək və ya daha geniş məlumat almaq üçün “EPO ” şirkətinə müraciət edin

Peşəkarların məsləhətinə ehtiyacınız var?
