Kontakt

Kontakt

Məhsul haqqında

EPO KONTAKT sement əsaslı və alçı əsaslı suvaqların düz və çıxıntısız səthlərə tətbiqindən əvvəl istifadə olunan mineral dolğulu polimer dispersiyon əsaslı astardır. Alçı əsaslı suvaqlar sement səthlərlə kimyəvi reaksiyaya girərkən səthdən tədricən ayrılırlar. EPO KONTAKT, bir başa əlaqəni kəsmək və möhkəm bir səth əldə etmək üçün hazırlanmış mükəmməl bir astardır.

İstifadə sahələri

Daxili məkanlarda, şaquli səthlərdə və tavanlarda;

Alçı, kirəc və sement əsaslı suvaqların hamar səthlərinin

yapışma müqavimətini artırmaq üçün ikitərəfli kontakt yaradan astar mayesi kimi istifadə olunur.Daxili məkanlarda, şaquli və üfüqi səthlərdə; Beton tavanlarda;

Şüşə səthlərdə;

Alçipan və lambir vurulmuş səthlərdə;

Gips, kirəc və sement əsaslı suvaqların hamar səthlərinin yapışma müqavimətini artırmaq üçün ikitərəfli

bağlayıcılıq yaradan astar kimi istifadə olunur.

Xüsusiyyətləri

Yalnız su ilə qarışdırılaraq tətbiq olunur.

Aderansı artırır Tətbiq olunacaq suvağın suyunun səth tərəfindən sürətlə əmilməsinin qarşısın alır,Qısa zamanda quruma çatlarına əngəl olaraq işləmə müddətini artırırTərkibində solvent yoxdur.

Texniki göstəriciləri

(23 ° C və 50% nisbi rütubət)

Tərkib elementləri: Mineral dolğular və mayə polimer dispersiyon

Görünüş: Qırmızı

Aqreqat halı: Qatı maye

İstifadə temperature: +5C ÷+30C

İstifadə müddəti: 60 - 120 dəqiqə

Sıxlıq: 1,6 kq/litr

Tətbiq qalınlığı: Maks. 0,4 mm

Quruma müddəti: 2 saat

Suvaq tətbiq müddəti: 24 saat

Su ilə qarışmadan sonraki sıxlığı: 1,3 kq/litr

Qarışım nisbəti: EPO KONTAKT 15 kq üçün ~ 5 litr su. 

Sərfiyat: Səthin suyu özünə çəkmə qabiliyyətindən və hamarlığından asılı olaraq EPO KONTAKT-ın sərfiyyatı

150-250 qr/m2 -dir. Su qatılmış məhsulun sərfiyyatı 210-375 qr/m2 - di

İstifadə təlimatı

Səthin hazırlanması. İstifadə olunan səthlərin sağlam, quru, dözümlü, tozsuz, təmiz və ölçülərin düzgün olmasına diqqət yetirilməlidir. Səth yapışma müqavimətini zəiflədən bütün növ yağ, pas və parafin qalıqlarından tamamilə təmizlənməli və xırda qırıntılar qalmamalıdır.

Qarışığın hazırlanması. 10 kq-lıq EPO KONTAKT məhsulunu xüsusi vedrə içərisinə tökün və onun üzərinə məhsulun kütləsinin 1%-i qədər su əlavə edin. Bircinsli məhlul əldə edilənədək 400-600 dövr/dəqiqəlik bir qarışdırıcı ilə 3-5 dəqiqə qarışdırın.

Tətbiqi. Qarışdırılmış və istifadəyə hazır hala gətirilmiş məhsulu vərdənə ilə əvvəlcədən hazırlanmış səthə çəkin. EPO KONTAKT çəkildiyi səthin suyunu sürətlə özünə çəkdiyindən istifadədən əvvəl səthin suyu özünə çəkmə qabiliyyəti yoxlanılmalıdır. EPO KONTAKT çəkilmiş səthlərə sement və xüsusilə alçı əsaslı suvaqların vurulmasına məhsulun qurumasından 24 saat sonra başlamaq olar.

Tövsiyələr. EPO KONTAKT məhsulunun istifadə olunduğu səthin tempraturu +50C-dən aşağı və ya +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. Xarici səthlərdə istifadə olunmamalıdır. Həm istifadə müddətində, həm də sonra astarın təmiz saxlanılması vacibdir. EPO KONTAKT rütubət nisbətinin yüksək olduğu mühitlər üçün münasib deyildir (məsələn: hamam, sauna, üzgüçülük hovuzları və s.). İstifadə zamanı məhsul müntəzəm olaraq qarışdırılmalıdır.

Qablaşdırma

15 lt və 7.5 lt-lık plastik vedrələrdə

Saxlama şərtləri

Açılmamış orjinal bağlamada, sərin və quru şəraitdə saxlanılmalıdır.

Saxlama müddəti

Açılmamış qablarda quru mühitdə 12 ay.

Xəbərdarlıq

İstifadə zamanı xüsusi paltar, qoruyucu əlcək, eynək və maskadan istifadə edin, dəriyə və gözə təmas etdirməyin. Daha ətraflı məlumat üçün Təhlükəsizlik Məlumat Formasına müraciət edin. Göstərilən sərfiyyat miqdarı ümumi bir məlumatdır. Tətbiqi şərtləri və səth xüsusiyyətlərinə bağlı olaraq dəyişənlik göstərə bilər.

Cavabdehlik

Epo Kimya sadəcə məhsulun keyfiyyətinə cavabdehdir, məhsulun harada və nəcə istifadə ediləcəyi ilə əlaqəli yazılı təkliflər xaricindəki və ya xətalı istifadələrdən şirkətimiz cavabdehlik daşımır. 

Peşəkarların məsləhətinə ehtiyacınız var?

Bizimlə telefon nömrəsi və ya e-poçt vasitəsi ilə əlaqə saxlaya bilərsiniz.
Bizə yazın