
Latex
Latex
MƏHSUL HAQQINDA
Sement əsaslı suvaqlarda mexaniki dayanqlığı artıran, su keçirməzliyi artıran kopolimer
əsaslı qatqı materialıdır. Məhsulun istifadə imkanlarını artıran qatqılarla zəngin, istifadəyə
hazır duru mayedir.
İSTİFADƏ SAHƏLƏRİ
gips, beton, suvaq, döşəmə suvağı, ağac kimi səthlərin suhopma qabiliyyətini azaltmaqla sement əsaslı materialların yapışma qabiliyyətinin artırılmasında;
köhnə səthlərin üzərində görüləcək üzlük tamamlama işlərindən əvvəl;
daha yaxşı nəticə əldə etmək məqsədi ilə keramika, üzlük plitələr, səviyyə alma qarışığı (Şap), izolyasiya, boya kimi materialları istifadə etməmişdən əvvəl istifadə olunur.
ÜSTÜNLÜKLƏRİ
İSTİFADƏ QAYDALARI
Səthin hazırlanması. İstifadə olunacaq səthlərin sağlam, quru, təmiz və ölçülərin
düzgün olmasına diqqət edilməlidir. Səth yapışma müqavimətini zəiflədən hər növ yağ
və parafin qalıqlarından tamamilə təmizlənməlidir.
Tətbiqi. Epo Latex məhsulunu istifadədən əvvəl çalxalayın və səthə vərdənə və ya fırça
ilə çəkin. Qurumayana qədər üzərində heç bir iş görməyin. Maddənin quruma müddəti
45-60 dəqiqədir. Gips kimi suhopma qabiliyyəti yüksək olan məhsulların üzərinə 2 qat
çəkin.
Tövsiyələr. Epo Latex astarının istifadə olunduğu səthin temperaturu +5C-dən aşağı və
+30C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+30 C-dən yuxarı),
yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. İstifadədən sonra bütün alət və
ləvazimatlar su ilə təmizlənməlidir
TEXNİKİ GÖSTƏRİCİLƏR
Rəngi ağ rəngli maye
İstifadə temperaturu +50 C÷+300 C
Quruma müddəti: +230C temperaturda 45-60 dəqiqə
Həcm kütləsi 1,1 kq/l
Qablaşdırma 1; 4 və 10 litrlik plastik bidon
SƏRFİYYAT
Epo Latex üçün sərfiyyat 1 m2 sahəyə 150 qramdır. 1 litrlik Epo Latex məhsulu təxminən 6-7 m2 səthin astarlanmasına sərf olunur.
SAXLAMA MÜDDƏTİ VƏ QAYDASI
Açılmamış qablarda quru şəraitdə 12 ay saxlanıla bilər.
XƏBƏRDARLIQLAR
astarın mürəkkəb tərkibli qarışıq olduğunu nəzərə alaraq dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun;
isitifadə qaydalarında qeyd edilməyən heç bir əlavə maddə qatmayın;
yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% +5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.
ZƏMANƏT VƏ TEXNİKİ DƏSTƏK
texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
“ CMT GROUP” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “CMT GROUP” şirkəti məsuliyyət daşımır;
şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
texniki dəstək və ya daha geniş məlumat almaq üçün “CMT GROUP” şirkətinə müraciət edin!

Peşəkarların məsləhətinə ehtiyacınız var?
