Mingəçevir şəhərində “MRT İnşaat” mağazasında “EPO KİMYA” məhsullarının rəsmi satış filialı fəaliyyətə başladı.
Ən müasir standartlara cavab verən avadanlıqlarla təchiz olunmuş yeni filial Mingəçevir şəhəri, Təbriz küçəsi 10A (Sağ Sahil) ünvanında yerləşir. Mağaza ziyarətçiləri məhsullarla ilə əyani şəkildə rahat tanış olmaları üçün “EPO KİMYA”in yeni satış filialı şourum formatında təşkil olunub. Filialda interyer, eksteryerkimi geniş çeşiddə bir çox məhsullar təqdim edilir. Mağaza ilə əlaqə saxlamaq istəyən müştərilər (+994 50) 261 39 03 nömrəsinə zəng edə bilərlər. “EPO KİMYA” rəsmi satış şəbəkəsinin inkişafı istiqamətində mütəmadi olaraq addımlar atır, yeni satış nöqtələrinin açılışını həyata keçirir, eləcə də müxtəlif mağazalarla əməkdaşlığı genişləndirir. “EPO KİMYA” paytaxt və rayonlarda digər yeni rəsmi mağazalarının və satış filiallarının açılması gələcəkdə də nəzərdə tutulub. “EPO KİMYA” “CMT Group” şirkəti tərəfindən istehsal olunan Azərbaycanın aparıcı boya markasıdır. “EPO KİMYA” haqqında ətraflı məlumatı (+994 50) 285 94 21 nömrəli əlaqə mərkəzi və ya boyanın sosial şəbəkə səhifələri vasitəsilə əldə edə bilərsiniz.
